Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-506/2024 27.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu sədrliyi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Qazax Rayon prokurorluğunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1ci, 253-1.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı həmin materialı nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: Qazax Rayon Məhkəməsinə vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci, 253-1.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindən material daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material iş üzrə yekun qərar qəbul edilməsi üçün natamamdır. Belə ki, Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunun 9cu maddəsinə əsasən yaşıllıqları mühafizə tədbirləri aşağıdakılardır. 9.0. Yaşıllıqların mühafizəsi aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur: 9.0.1. yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; 9.0.2. yaşıllıq ərazilərində torpaqların münbitliyinin artırılması, lazımi rütubət mühitinin yaradılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi; 9.0.3. yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi; 9.0.4. qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması; 9.0.5. zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası; 9.0.6. yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması; 9.0.7. yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlərin həyata keçirilməsi. Həmin qanunun 18.2-ci maddəsində göstərilmişdir ki, yaşıllıqların mühafizəsinə nəzarət dövlət və ictimai nəzarət formalarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin qanunun 19-cu maddəsində yaşıllıqların mühafizəsinə dövlət nəzarəti aşağıdakı formada göstərilmişdir. 19.1. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 19.2. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları aşağıdakılardır: 19.2.1. yaşıllıqların mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsini, bu Qanunun tələblərinə əməl olunmasını, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək; 19.2.2. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək; 19.2.3. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək; 19.2.4. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək). 19.3. Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 19.4. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanın (vəzifəli şəxslərin) qərarlarının icrası fiziki, hüquqi və ya vəzifəli şəxslər üçün məcburidir və bu qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 26 dekabr 2016-ci il tarixli Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Yaşıllıqların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi adlanan qaydanın 2-ci bəndində göstərilmişdir ki: 2.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini təsdiq olunmuş iş planlarına uyğun olaraq və daxil olan şikayətlər əsasında il ərzində aparırlar. Yoxlanılan ərazinin miqyasından asılı olaraq yoxlamanın keçirilmə müddəti 3 (üç) - 7 (yeddi) iş günü müəyyənləşdirilir və əsaslandırmaqla həmin müddət yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumun rəhbəri tərəfindən əlavə olaraq 5 (beş) iş günü müddətinə artırılır. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və aşkar olunmuş pozuntular barədə görülən tədbirlər barədə həmin qaydanın 3-cü bəndində göstərilmişdir ki: 3.1. Yaşıllıqların mühafizəsinə dövlət nəzarət tədbirlərinin nəticələri 2 (iki) nüsxədə tərtib olunan aktla rəsmiləşdirilir. Aktın 1 (bir) nüsxəsi müvafiq dövlət orqanı, bələdiyyə, fiziki və hüquqi şəxsə təqdim edilir, digəri isə səlahiyyətli orqanda saxlanılır. Aktı imzalayanlar öz rəyini bildirmək (akta əlavə etmək) hüququna malikdir. 3.2. Tərtib olunmuş aktda aşağıdakılar olmalıdır: 3.2.1. nəzarət tədbiri aparılan dövlət orqanı, bələdiyyə, fiziki və hüquqi şəxs haqqında məlumatlar (ünvanı, rəhbərin və səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı, VÖEN); 3.2.2. nəzarətin aparılmasının hüquqi əsası, səbəbləri və müddəti; 3.2.3. nəzarət tədbirinin nəticələri. 3.3. Yaşıllıqların mühafizəsi sahəsində aparılan dövlət nəzarəti zamanı aşkar olunmuş qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barədə inzibati xətalar və cinayət məcəllələrinə uyğun tədbirlər görülür. 3.4. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən qurumun (səlahiyyətli şəxslərin) qərarlarının icrası fiziki, hüquqi və vəzifəli şəxslər üçün məcburidir, bu qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Yuxarıda sadalanan normativ-hüquqi aktların tələbindən görünür ki, yaşıllıqların mühafizəsi dövlət tədbirləri çərçivəsində səlahiyyətli orqan təsdiq edilmiş müvafiq iş planına uyğun yoxlama aparmalı və dövlət nəzarətinin nəticələrini müvafiq aktla rəsmişləşdirilməlidir. Hazırki inzibati xəta haqqında materialda həmin yoxlama aparılmamış və nəticəsinə dair müvafiq akt tərtib edilərək materiala əlavə edilməmişdir. Eyni zamanda inzibati xətanın törədildiyi yer və vaxt müvafiq qərarda göstərilməmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanlar qanunvericilik normalarının tələblərinə riayət etməyərək inzibati xəta haqqında materialı natamam formada məhkəməyə göndərmişdir. 11 oktyabr 2023-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilmişdir ki, İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, prokuror tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi halı istisna olmaqla, bir qayda olaraq inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsi).İnzibati Xətalar Məcəlləsinin 100cü maddəsi ilə inzibati xəta haqqında protokolda göstərilməli olan məlumatlar müəyyən edilmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici prokuror tərəfindən qəbul edilən inzibati xətalar haqqında iş üzrə icraatın başlanması haqqında qərarda protokolda əks olunmalı olan eyni məlumatların göstərilməsini təsbit etməklə, bu sənədləri mahiyyət etibarı ilə eyni prosessual sənədlər olaraq tanımışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qəraraalır: Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci, 253-1.1.3-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə olunmuş sənədlər qərarı qəbul etmiş orqana – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə qaytarılsın. Qərardaddan şikayət (protest) verilə bilməz. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-506/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-506/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver