Məhkəmə qərarları › İş №3(023)-507/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-507/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-507/2024 16.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax rayon Polis Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X6 izahatında bildirdi ki, Şəxs 01 sentyabr 2024-cü il tarixdə, saat 08:00 radələrində həyat yoldaşı X3 və qaynanası Zərərçəkmiş şəxs2 Qazax rayonu Ağköynək kəndində döymüşdür. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, X3 onun ikinci arvadı, Zərərçəkmiş şəxs2 isə onun qaynanasıdır. O, ayrı yaşasalar da, aradabir Zibeydənin yanına gəlir. Zibeydə ilə onun arasında son vaxtlar ailə daxili münaqişələr baş vermişdir. xx.xx.2024-cü ildə saat 08:00 radələrində Qazax rayonu Ağköynək kəndində Zibeydənin yanında olmuşdur. Həmin vaxt o, Zibeydə ilə bağda oturub söhbət etmişdir. Bu zaman aralarında söz mübahisəsi olmuşdur. Həmin vaxt qaynanası Gülüş onların yanına gələrək Zibeydəni qızışdırmışdır. Bundan sonra Zibeydə əlinə bel alaraq ona vurmaq istəmişdir. O da, beli Zibeydənin əlindən almaq üçün sonuncunun sol qolundan tutub burmuşdur. Həmin vaxt bel Zibeydənin əlində ola-ola ona vurmaq istəyəndə bel anası Gülüşün başına dəymişdir. Bundan sonra Gülüş başını tutmuşdur. Daha sonra o, çıxaraq getmişdir. Həmin vaxt o, Gülüşü döyməmişdir. Sadəcə Zibeydənin qolundan tutaraq burmuşdur. X7 və Zərərçəkmiş şəxs2 ilə barışmış, Zibeydə və Gülüşün ondan şikayət və tələbləri yoxdur. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, Şəxs onun ikinci əridir. Onlar ayrı yaşasalar da, Novruz aradabir onun yanına gəlir. Novruzla onun arasında son vaxtlar ailə daxili münaqişələr baş vermişdir. xx.xx.2024-cü ildə saat 08:00 radələrində Novruz onun yaşadığı Qazax rayon Ağköynək kəndinə evinə gəlmişdir. Onların arasında söz mübahisəsi başlamışdır. Belə ki, həmin vaxt Novruz Zibeydənin ünvanına nalayiq sözlər işlətmişdir. Bundan sonra onun sol qolunu tutaraq burmuşdur. Belə olanda o yaxınlıqdakı olan bellə Novruzu vurmaq istəmişdir. Novruz beli onun əlindən alıb ona vurmaq istəmişdir. Həmin vaxt anası Əsgərova X4 qabağına keçmiş, nəticədə belin arxa tərəfi anası Gülüşün başına dəymişdir. Bundan sonra Novruz qaçmış, o isə, 102 xidmətinə zəng etmişdir. Hazırda əri Şəxslə barışmış və birlikdə yaşayırlar. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edərək bu barədə yazılı ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, Şəxs onun qızı X1 ikinci əridir. Onların arasında son vaxtlar ailə daxili münaqişələr baş vermişdir. xx.xx.2024-cü ildə saat 08:00 radələrində Novruz onların evinə gəlmişdir. Həmin vaxt Zibeydə ilə Novruzun arasında söz mübahisəsi başlamışdır. Belə ki, Novruz həmin vaxt Zibeydənin ünvanına nalayiq sözlər işlətmişdir. Bundan sonra Zibeydənin sol qolunu tutaraq burmuşdur. Belə olanda Zibeydə yaxınlıqdakı olan bellə onu vurmaq istəyən zaman Novruz beli Zibeydənin əlindən alıb Zibeydəni vurmaq istəmişdir. Novruzun qabağına keçdiyindən belin arxa tərəfi onun başına dəymişdir. Daha sonra Novruz qaçımış, qızı Zibeydə də 102 xidmətinə zəng etmişdir. Hazırda Şəxslə barışmış və birlikdə yaşayırlar. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edərək bu barədə yazılı ərizəni məhkəməyə təqdim edir. İş materiallarında olan MN ******* nömrəli 16 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 sentyabr 2024-cü il tarixdə, saat 08:00 radələrində həyat yoldaşı X3 və qaynanası Zərərçəkmiş şəxs2 Qazax rayonu Ağköynək kəndində döymüşdür. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Qazax RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materialların olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2024cü il tarixli 346 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı X1 qızının bədəni üzərində "sol saidin yan səthinin qançırı" xəsarəti küt əşyanın təsirindən törənmişdir, xx.xx.2024-cü ildə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialların olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2024cü il tarixli 347 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs2 qızının bədəni üzərində "sol bazunun və sağ ayağın qançırları" xəsarətləri küt əşyanın təsirindən törənmişdirlər, xx.xx.2024-cü ildə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X3 və Zərərçəkmiş şəxs2 qızına zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar