Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-516/2025 30.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, xx.xx.1982-ci ildə Astara rayonu, Kijəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 10 iyun 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 05:11-də Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasından (ixracatçı: MESUT KOZMETİK MARKETÇİLİK GİDA TAŞ. VE SAN. TİC. LTD. ŞTİ) Azərbaycan Respublikasına (İdxalatçı: MƏMMƏDOV ELNUR ƏLİ OĞLU AZ1052, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, FAİQ YUSİFOV, ev 44, mənzil 74) gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs (pasport:C********) idarə etdiyi “MERCEDES BENZ ACTROS 1844” markalı, 99EB285/99ZX875 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Skanlaşdırma” şöbəsinin böyük inspektoru X1 tərəfindən “HCVG” stasionar tipli rentgen-baxış qurğusunda ətraflı yoxlama keçirilmişdir. Yoxlama zamanı rentgen-baxış qurğusunun monitorunda əks olunan təsvirdə nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər görünməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun baş müfəttişi X2 xx.xx.2025-ci il tarixdə hal şahidlərinin iştirakı ilə sürücü Şəxs idarə etdiyi “MERCEDES BENZ ACTROS 1844” markalı, 99EB285/99ZX875 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük yoxlaması aparmışdır. Bu zaman, həmin nəqliyyat vasitəsinin yük yerində mal-müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən üzərində 1 ədəd 1 litrlik üzərində ”FLİRT” yazısı olan spirtli içki (araq), 10 qutu “X3”, 13 qutu “X7”, 9 qutu “X6” yazısı olan məcburi nişanlanma ilə nişanlanmamış siqaretlər tərəfimizdən aşkar edilmiş və götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan, 26 may 2025-ci il tarixli gömrük yoxlaması haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “MERCEDES BENZ ACTROS 1844” markalı, 99EB285/99ZX875 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı əqliyyat vasitəsinin yük yerində mal-müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən üzərində 1 ədəd 1 litrlik üzərində ”FLİRT” yazısı olan spirtli içki (araq), 10 qutu “X3”, 13 qutu “X7”, 9 qutu “X6” yazısı olan məcburi nişanlanma ilə nişanlanmamış siqaretlər aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 22-T nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 1 ədəd 1 litrlik “Flirt” markalı spirtli içkinin qiyməti 10 AZN, 1 qutu “X3” markalı siqaretin qiyməti 3 AZN, 1 qutu “X7” markalı siqaretin qiyməti 3 AZN, 1 qutu “X6” markalı siqaretin qiyməti 3 AZN olmaqla ümumilikdə 1 ədəd 1 litrlik “Flirt” markalı spirtli içkinin və 22 qutu siqaretin ümumi orta bazar dəyəri 96 AZN olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “MERCEDES BENZ ACTROS 1844” markalı, 99EB285/99ZX875 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “MERCEDES BENZ ACTROS 1844” markalı, 99EB285/99ZX875 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, 1 ədəd 1 litrlik üzərində ”FLİRT” yazısı olan spirtli içki (araq), 10 qutu “X3”, 13 qutu “X7”, 9 qutu “X6” yazısı olan məcburi nişanlanma ilə nişanlanmamış siqaretlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, 1 ədəd 1 litrlik üzərində ”FLİRT” yazısı olan spirtli içki (araq), 10 qutu “X3”, 13 qutu “X7”, 9 qutu “X6” yazısı olan məcburi nişanlanma ilə nişanlanmamış siqaretlər müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-516/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-516/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver