Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-517/2025 30.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, xx.xx.1967-ci il tarixdə Gürcüstan Respublikası Marneuli rayonu Sadaxlı kəndində anadan olan, Gürcüstan Respublikasının vətəndaşı, Gürcüstan Respublikası Marneuli rayonu Sadaxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 03 iyun 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan Respublikasının vətəndaşı Şəxs (pasport: 23AD88643) idarə etdiyi “MERCEDES BENZ” markalı, 99GP227/99ZF227 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük baxışı keçirilmişdir. Sözügedən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı Şəxs idarə etdiyi “MERCEDES BENZ” markalı, 99GP227/99ZF227 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının yan dolablarının alt hissəsində gömrük nəzarətindən gizlədilmiş hər birində 3 ( üç ) ədəd olmaqla, 48 (qırx səkkiz) bağlama, ümumilikdə 144 ədəd üzərində “NATİVE DEODORANT” yazısı olan gigiyenik vasitəyə bənzər predment aşkar edilmiş və götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 22 may 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan Respublikasının vətəndaşı Şəxs (pasport: 23AD88643) idarə etdiyi “MERCEDES BENZ” markalı, 99GP227/99ZF227 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük baxışı keçirilmişdir. Sözügedən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı Şəxs idarə etdiyi “MERCEDES BENZ” markalı, 99GP227/99ZF227 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının yan dolablarının alt hissəsində gömrük nəzarətindən gizlədilmiş hər birində 3 ( üç ) ədəd olmaqla, 48 (qırx səkkiz) bağlama, ümumilikdə 144 ədəd üzərində “NATİVE DEODORANT” yazısı olan gigiyenik vasitəyə bənzər predment aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, 20-T nömrəli rəydən görünür ki, üzərində “NATİVE DEODORANT” yazısı olan 144 ədəd gigiyenik vasitələrin 1 ədədi 5 manat olmaqla, ümumi dəyəri 720 AZN olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə “MERCEDES BENZ” markalı, 99GP227/99ZF227 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “MERCEDES BENZ” markalı, 99GP227/99ZF227 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə barəsində təqsirli şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 720 manat dəyərində üzərində “NATİVE DEODORANT” yazısı olan 144 ədəd gigiyenik vasitələr müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 720 manat dəyərində üzərində “NATİVE DEODORANT” yazısı olan 144 ədəd gigiyenik vasitələr müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-517/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-517/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver