Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-518/2025 17.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1981-ci ildə Qazax rayonu, Çaylı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 17 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(023)-1661/2015, 16 yanvar 2020-ci il tarixli, 2(023)-55/2020 və 18 noyabr 2024-cü il tarixli, 2(023)-1234/2024 nömrəli icra sənədləri üzrə yaranmış 41397 manat borcunu tələbkarlara ödəməmiş icra sənədlərinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(023)- 1661/2015 nömrəli icra sənədi 05 yanvar 2016-cı il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, icra sənədinə əsasən Şəxs 15000 manat və 20 manat məbləğində pul tutularaq “İlahə-96” İK-ya ödənilməsi qət edilmiş, Qazax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(023)-55/2020 nömrəli icra sənədi 24 fevral 2020-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, icra sənədinə əsasən Şəxs 3833 manat məbləğində pul tutularaq X3 ödənilməsi qət edilmiş və Qazax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(023)- 1234/2024 nömrəli icra sənədi 07 yanvar 2025-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, icra sənədinə əsasən Şəxs 22839 manat məbləğində pul tutularaq X1 ödənilməsi qət edilmişdir. Lakin Şəxs tələbkarlara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş və barəsində axtarış qərarı qəbul edilərək axtarışa verilmiş axtarış əsasında icra şöbəsinə gətirilmişdir. Borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərək borcunu ödəmir. Borclu Şəxs borcun ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədlərinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkarlar isə borcun tam şəkildə ödənilməsini tələb edirlər. Hazırda borclu Şəxs tələbkar “İlahə-96” İKya 15020 manat, X3 3533 manat və X1 22839 manat cəmi tələbkarlara 41397 manat borcu vardır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayon məhkəməsinin qətnamələri üzrə yaranmış borcunu inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı çatmır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(023)-1661/2015 nömrəli icra sənədinə əsasən Şəxs 15000 manat və 20 manat məbləğində pul tutularaq “İlahə-96” İK-ya ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 05 yanvar 2016-cı il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(023)-1661/2015 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(023)-1661/2015 nömrəli icra sənədini icra etməsi üçün borclu Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(023)-55/2020 nömrəli icra sənədinə əsasən Şəxs 3838 manat məbləğində pul tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 24 fevral 2020-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(023)-55/2020 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(023)-55/2020 nömrəli icra sənədini icra etməsi üçün borclu Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(023)-1234/2024 nömrəli icra sənədinə əsasən Şəxs 22839 manat məbləğində pul tutularaq X1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(023)-1234/2024 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(023)-1234/2024 nömrəli icra sənədini icra etməsi üçün borclu Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarında olan inzibati qaydada tuma haqqında protokoldan görünür ki, Şəxs 15 iyun 2025-ci il tarixdə saat 14:01-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə, barəsində axtarış elan edilməsinə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcunun ödənilməsi üçün tələb olunan qaydada ödəniş etməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını və hazırki vaxta olan yaranmış borc məbləğinin 41397 manat olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 15 iyun 2025-ci il tarixdən saat 14:01-dən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 iyun 2025-ci il tarixdən saat 14:01-dən hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-518/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-518/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver