Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-521/2024 09.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, X3 iclas katibliyi, Qazax RPŞ-in İTB-in polis sahə rəisi X6, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 09 oktyabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X6 tərəfindən tərtib olunmuş 09 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 oktyabr 2024-cü il tarixdə saat 09:30 radələrində Qazax rayonu Birinci Şıxlı kəndi ərazisində küçədə bədiyyə sədri Zərərçəkmiş şəxs və rayon rəhbərliyinin ünvanına nəlayiq ifadələr işlətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax RPŞ-nin İTBnin sahə rəisi polis kapitanı X6 izahat verərək bildirdi ki, Şəxs 05 oktyabr 2024-cü il tarixdə saat 09:30 radələrində Qazax rayonu Birinci Şıxlı kəndi ərazisində küçədə bədiyyə sədri Zərərçəkmiş şəxs və rayon rəhbərliyinin ünvanına nəlayiq ifadələr işlətmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü qismən təqsirli bilir, 05 oktyabr 2024-cü il tarixdə saat 09:30 radələrində Qazax rayonu Birinci Şıxlı kəndi ərazisində abadlıq işləri aparılan zaman küçədə bədiyyə sədri Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifadələr işlətmiş, lakin rayon rəhbərliyinin ünvanına heç bir nəlayiq ifadələr işlətməmişdir. Natiqlə arasında olan mübahisə zamanı icra nümayəndəsi Şahid və bir neçə kənd sakini olmuşdur. Törətdiyi əməldən peşmandır. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs həmkəndlisi kimi və eyni zamanda qohumu kimi tanıyır. Lakin təxminən altı ay əvvəl Şəxs ilə torpaqla bağlı aralarında söz mübahisəmiz yaranmışdır. Lakin xx.xx.2024-cü il tarixində rayon rəhbərliyinin göstərişinə əsasən kəndin inzibati ərazisində abadlıq quruculuq işləri aparmaq üçün Şəxs yaşadığı evin yaxınlığında yerləşən əraziyə getmişdir. Təxminən saat 09:00 radələrində həmin ərazidə ayrılmış şəxslərlə birlikdə abadlıq işlərini aparamağa başlamışdır. Təxminən bir saat müddətinə həmin ərazidə abadlıq işləri apardıqdan sonra Şəxs ucadan onun və rayon rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədərək olduqları əraziyə yaxınlaşmağa başlamışdır. Bu zaman qeyd olunan ərazidə onunla birlikdə abadlıq işləri aparan kənd icra nümayəndəsi Şahid Şəxs nalayiq ifadələr işlədərək ona yaxınlaşdığını görüb sonuncunun qarşsısına keçərək sakitləşdirməyə başlamışdır.Lakin buna baxmayaraq Şəxs Şahid sözlərinə əhəmiyyət verməyərək onun ünvanına və eyni zamanda rayon rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxs etmiş olduğu hərəkətlərlə bağlı müvafiq akt tərtib edərək sonuncunun barəsində tədbir görülməsi üçün rayon polis şöbəsinə müraciət etmişdir. Şikayətçidir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, Şəxs həmkəndlisi kimi tanıyır. 10.2024-cü il tarixində rayon rəhbərliyinin göstərişinə əsasən kəndin inzibati ərazisində abadlıq quruculuq işləri aparmaq üçün Şəxs yaşadığı evin yaxınlığında yerləşən əraziyə getmişdir. Təxminən saat 09:00 radələrində həmin ərazidə ayrılmış şəxslərlə birlikdə abadlıq işlərini aparamağa başlamışdır. Təxminən bir saat müddətinə həmin ərazidə abadlıq işləri apardıqdan sonra Şəxs Zərərçəkmiş şəxs üzərinə gələrək ona və rayon rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. O və kənd sakinləri Şəxs sakitləşdirməyə çalışmışlar, lakin Şəxs onların sözlərinə məhəl verməyərək öz hərəkətlərinə davam etmişdir İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, zərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş "Xırda xuliqanlıq" inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirinin görülməsi məqsədilə qərarın surəti aidiyyəti üzrə Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X2 verdiyi məktubdan görünür ki, Şəxs ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X1 müharibə iştirakçısı olduğuna görə 80 manat prezident təqaüdü alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 09 oktyabr 2024-cü il tarixdən saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 09 oktyabr 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-521/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-521/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver