Məhkəmə qərarları › İş №3(023)-523/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-523/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-523/2024 25.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa оğlunun sədrliyi, məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Qazax rayon prokurorurunun köməkçisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Qazax rayon prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar tərtib olunmuşdur. Həmin qərardan görünür ki, “Mətanət A” şirkətinin Qazax əhəng istehsalı müəssəsində istehsalat sahə rəisi – iş icraçısı vəzifəsində işləyən Şəxs tərəfindən istehsalat avadanlığının hərəkət edən və potensial təhlükə mənbəyi olan hissələrinin ətrafı çəpərlənmədiyinə və işçinin hərəkətdə olan təhlükəli hissələrə toxunmasının mümkünlüyünü istisna edən tədbirlər (bloklayıcılarin, siqnal qurğularının quraşdırılması və s.) görülmədiyinə görə «DÜST 12.2.003-91 - İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri»-nin 2.1.5 bəndinin və «DÜST 12.2.022-80. Konveyerlər. Ümumi təhlükəsizlik tələblərinin 3.1, 3.2, 3.3 bəndlərinin tələbləri pozulmaqla 15 may 2024-cü il tarixdə “Mətanət A” şirkətinin Qazax əhəng istehsalı müəssəsində çilingər vəzifəsində işləyən X1 az ağır zərər vurmaya aid xəsarət almış bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasınında iştirak edən Qazax rayon prokurorurunun köməkçisi Nümayəndə çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini bildirdi. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın onun tərəfindən törədildiyini etiraf edərək, bildirdi ki, 2023-cü ildən isə müəssisədə daxili əmr əsasında “Mətanət A” şirkətinin Qazax əhəng istehsal müəssisəsində istehsalat rəisi vəzifəsində çalışaraq istehsalata rəhbərlik edir, müəssisədə çalışan işçilər hər gün işə başlamamışdan öncə xüsusi geyim formalarını geyindikdən sonra işçilərin geyim forması ilə, istehsalat prosesi ilə, həmçinin səhhətləri ilə bağlı hər hansı bir problemlərinin olub-olmaması məsələsinin aydınlaşdırıması onun tərəfindən həyata keçirilir, 15 may 2024-cü il tarixdə o, işdən rəsmi şəkildə icazəli olduğuna görə həmin gün işə gəlməmiş, günorta saatlarında istehsal müssəsisəsinin müdiri Avıl Qurbanov istifadəsində olan mobil telefona zəng edərək çilingər Ramin Əsgərovun qolunun “Band Conveyr” qurğusuna ilişərək xəsarət aldığını bildirmişdir. Törətmiş olduğu əməldən peşmandır. Buna görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə zərərçəkmiş şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsinin T589/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli təkrar komisyon məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, X2 bazu sümüyünün qapalı yerdəyişən sınığı, geniş sahəli sıyrığı, sol saidin sıyrığı və sol əlin 1-ci barmağının dırnaq sədəfinin qopması ilə müşayiət olunan əzilmiş yarası olmuş, qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 3-16-16/2- 10/4877 nömrəli, 12 iyul 2024-cü il tarixli rəyindən görünür ki, istehsalat avadanlığının hərəkət edən və potensial təhlükə mənbəyi olan hissələrinin ətrafı çəpərlənmədiyinə və işçinin hərəkətdə olan təhlükəli hissələrə toxunmasının mümkünlüyünü istisna edən tədbirlər (bloklayıcılarin, siqnal qurğularının quraşdırılması və s.) görülmədiyinə görə «DÜST 12.2.003-91 - İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri»-nin 2.1.5 bəndinin və «DÜST 12.2.022-80. Konveyerlər. Ümumi təhlükəsizlik tələblərinin 3.1. «Texnoloji proseslə bağlı daimi iş yerlərinin yaxınlığında və ya konveyerin bütün uzunluğu boyunca konveyerin hərəkətdə olan və insanların yaxınlaşması, keçməsi, ilişməsi mümkün olan hissələri (... barabanları, dartıcı qurğuları, qayış ötürücüləri ... və s-lər) qoruyucu örtüklə bağlanılmalıdır»; 3.2. «Qoruyucu örtüklər, onların etibarlı şəkildə bağlı vəziyyətdə saxlayan vasitələrlə təchiz olunmalı və ehtiyac olduqda qapağı açdıqda və ya çıxardıqda hərəkətin dayandırılması üçün konveyerin intiqalı (mühərriki) ilə bloklaşdırılmalıdır; 3.3. «Qoruyucu örtükləri təbəqə dəmirdən, tordan və digər möhkəm materialdan olmalıdırlar. Tor örtüklərin deşiklərinin ölçüləri elə seçilməlidirlər ki, konveyerin qorunan hissələrinə toxunmaq istisna olunsun» bəndlərinin tələbləri “Mətanət A” şirkətinin Qazax əhəng istehsalı müəssəsində istehsalat sahə rəisi – iş icraçısı vəzifəsində işləyən Şəxs tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar