Məhkəmə qərarları › İş №3(023)-524/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-524/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-524/2024 25.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin оğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Qazax rayon prokurorunun köməkçisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Qazax rayon prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar tərtib olunmuşdur. Həmin qərardan görünür ki, “Mətanət A” şirkətinin Qazax əhəng istehsalı müəssisəsinin müdiri vəzifəsində işləyən Şəxs tərəfindən «DÜST 12.3.002-75 - istehsalat prosesləri. Ümumi təhlükəsizlik tələbləri»nin 1.1 bəndinin tələbləri pozulmaqla 15 may 2024-cü il tarixdə istehsalat sahə rəisi - iş icraçısı X7 icazəli olduğundan həmin vəzifənin icrası rəsmi şəkildə həmin sahə üzrə səlahiyyətli şəxsə həvalə edilmədiyinə və işlərin təhlükəsiz şəraitdə və düzgün qaydada aparılması üçün texniki-təşkilati tədbirlərin (məsələn, mühərrikin söndürülməsi, təlimatlandırmanın tam və dəqiq keçirilməsi və s.) görülməsi təmin edilmədiyinə görə 15 may 2024-cü il tarixdə “Mətanət A” şirkətinin Qazax əhəng istehsalı müəssəsində çilingər vəzifəsində işləyən X1 az ağır zərər vurmaya aid xəsarət almış bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasınında iştirak edən Qazax rayon prokurorurunun köməkçisi Nümayəndə çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini bildirdi. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, 2023-cü ilin sentyabr ayından “Mətanət A” şirkətinin Qazax əhəng istehsalı müəssisəsinin müdiri vəzifəsində çalışır, işçilər hər gün işə başlamazdan əvvəl əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tam şəkildə texniki-təhlükəsizlik üzrə mühəndis Əvəz Hüseynov və iş icraçısı-istehsalat rəisi vəzifəsini icra edən Azər Əliyev tərəfindən təlimatlandırılır, 15 may 2024-cü il tarixdə isə müəssisənin iş icraçısı Azər Əliyev şəxsi işləri ilə əlaqədar rəsmi şəkildə icazə almış və işdə olmamış, 15 may 2024-cü il tarixdə saat 12:45 radələrindək iş yerində hər hansı bir hadisə baş verməmiş, həmin vaxt onun istifadəsində olan mobil telefona texniki təhlükəsizlik üzrə mühəndis Ə.Hüseynov zəng edərək müəssisədə çilingər kimi çalışan X3 iş zamanı xəsarət aldığını, qolunun “Band Conveyr”in arasında qaldığını bildirmiş, dərhal onların yanına, hadisə baş verdiyi yerdən bir qədər kənara yollanmış, getdikdə Raminin orada olduğunu, həmçinin digər işçilərin də sonuncunun yanında olduğunu görmüş, Raminin sol qolundan xəsarət aldığını müşahidə etmiş, hadisə barədə Ramindən maraqlandıqda sonuncu ona iş görərkən əlindəki əlcəyin qurğunun barabanına ilişdiyini və sol qolunu çəkərək barabana doğru apardığını, nəticədə qolunun barabanla qurğunun lenti arasında qalaraq xəsarət aldığını bildirmiş, bundan sonra R.Əsgərovu avtomobil ilə Qazax rayon Mərkəzi Xəstəxanasına gətirmişlər, xəstəxanada Raminə ilkin tibbi yardımlar göstərilmişdir. Törətmiş olduğu əməldən peşmandır. Buna görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə zərərçəkmiş şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsinin T589/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli təkrar komisyon məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, X2 bazu sümüyünün qapalı yerdəyişən sınığı, geniş sahəli sıyrığı, sol saidin sıyrığı və sol əlin 1-ci barmağının dırnaq sədəfinin qopması ilə müşayiət olunan əzilmiş yarası olmuş, qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 3-16-16/2- 10/4877 nömrəli, 12 iyul 2024-cü il tarixli rəyindən görünür ki, 15 may 2024-cü il tarixdə, yəni hadisə baş verən gün istehsalat sahə rəisi - iş icraçısı X7 icazəli olduğundan həmin vəzifənin icrası rəsmi şəkildə həmin sahə üzrə səlahiyyətli şəxsə həvalə edilmədiyinə və işlərin təhlükəsiz şəraitdə və düzgün qaydada aparılması üçün texniki-təşkilati tədbirlərin (məsələn, mühərrikin söndürülməsi, təlimatlandırmanın tam və dəqiq keçirilməsi və s.) görülməsi təmin edilmədiyinə görə «DÜST 12.3.002-75 - istehsalat prosesləri. Ümumi təhlükəsizlik tələbləıi»nin 1.1 bəndinin (İV. «DÜST 12.3.002-75 - İstehsalat prosesləri. Ümumi təhlükəsizlik tələbləri» bənd 1.1. İstehsal proseslərinin təhlükəsizliyi təhlükəli qəza vəziyyətinin qabaqlanması ilə təmin edilir və bütün proses zamanı aşağıdakılar təmin edilməlidir: texnoloji proseslərin (iş növlərinin), habelə texnika və iş rejimlərindən istifadə; istehsalat avadanlığına xidmət üzrə üsul və iş rejimlərinin düzgün tətbiqi; mövcud normativ tələblərə uyğun şəkildə peşə sahəsinə müvafiq seçim, işçilərin təlimatlandırılması, onların əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bilik səviyyələrinin və vərdişlərinin yoxlanılması; təhlükəli iş zonalarının işarələnməklə təyin edilməsi; təhlükəsizlik tələblərinin normativ-texniki, layihə-konstruktor və texnoloji sənədlərə daxil edilməsi; hər bir iş yerində müəyyən edilmiş qaydalara və mütəşəkkilliyə, eləcə də yüksək istehsalat, texnoloji və əmək intizamına riayət edilməsi.) tələbləri “Mətanət A” şirkətinin Qazax əhəng istehsalı müəssisəsinin direktoru tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar