Məhkəmə qərarları › İş №3(023)-525/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-525/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-525/2025 02.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 18 iyun 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:27 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasından (ixracatçı: X5 X3) Azərbaycan Respublikasına (idxalatçı:"xxxx" MMC AZ1025, Bakı şəh,Xətai ray, 8 noyabr,ev 15,mənzil 46A, AZURE biznes mərkəzi 8ci mərtəbə) gələn Azərbaycan Respublikasının vətəndaşı X1 (pasport: C********) idarə etdiyi “DAF FTXF105.410” markalı, 99ND717/99ZF740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Skanlaşdırma” şöbəsinin baş inspektoru X4 tərəfindən “HCVG” stasionar tipli rentgen-baxış qurğusunda ətraflı yoxlama keçirilmişdir. Yoxlama zamanı rentgen-baxış qurğusunun monitorunda əks olunan təsvirdə nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər görünməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun böyük inspektoru X2 hal şahidlərinin iştirakı ilə sürücü X1 idarə etdiyi “DAF FTXF105.410” markalı, 99ND717/99ZF740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük yoxlaması aparmışdır. Bu zaman, həmin nəqliyyat vasitəsinin yük yerində mal müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən qida və dərman məhsullarının doldurulması üçün istifadə olunmuş aparat tərəfimizdən aşkar edilmiş və götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə çıxışında azərbaycan dilində yazıb, oxumağı bildiyi üçün tərcüməçiyə ehtiyacının olmadığı bildirdi. Bundan başqa hüquqi şəxs tərəfindən baş vermiş pozuntunun qəsdən deyil ehtiyatsızlıqdan baş verdiyini qəbul edirlər və yüngül tənbeh olunmalarını verilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan, 30 may 2025-ci il tarixli gömrük yoxlaması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:27 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasından (ixracatçı: X5 X3) Azərbaycan Respublikasına (idxalatçı:"xxxx" MMC AZ1025, Bakı şəh,Xətai ray, 8 noyabr,ev 15,mənzil 46A, AZURE biznes mərkəzi 8-ci mərtəbə) gələn Azərbaycan Respublikasının vətəndaşı X1 (pasport: C********) idarə etdiyi “DAF FTXF105.410” markalı, 99ND717/99ZF740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Skanlaşdırma” şöbəsinin baş inspektoru X4 tərəfindən “HCVG” stasionar tipli rentgen-baxış qurğusunda ətraflı yoxlama keçirilmişdir. Yoxlama zamanı rentgen-baxış qurğusunun monitorunda əks olunan təsvirdə nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər görünməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun böyük inspektoru X2 hal şahidlərinin iştirakı ilə sürücü X1 idarə etdiyi “DAF FTXF105.410” markalı, 99ND717/99ZF740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük yoxlaması aparmışdır. Bu zaman, həmin nəqliyyat vasitəsinin yük yerində mal müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən qida və dərman məhsullarının doldurulması üçün istifadə olunmuş aparat aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 24-T nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “dərman və qida məhsullarının doldurulması” üçün istifadə olunmuş avadanlığın ümumi dəyəri 800 (səkkiz yüz) manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs MMC-nin inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “DAF FTXF105.410” markalı, 99ND717/99ZF740 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF FTXF105.410” markalı, 99ND717/99ZF740 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, “dərman və qida məhsullarının doldurulması” üçün istifadə olunmuş avadanlıq müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, “dərman və qida məhsullarının doldurulması” üçün istifadə olunmuş avadanlıq müsadirə edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul hüquqi şəxs Şəxs MMC-dən alınaraq Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə ödənilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar