Məhkəmə qərarları › İş №3(023)-530/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-530/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-530/2024 17.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, məhkəmə iclasının katibi X9, inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Mansır qızının iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qazax şəhəri, Azadlıq küçəsi, ev 116-da qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 16 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Qazax rayonu Xanlıqlar kəndində evdə Zərərçəkmiş şəxs Mansır qızını döymüşdür. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Qazax rayonu Xanlıqlar kəndində evdə qaynanası Zərərçəkmiş şəxs Mansır qızına qarşı fiziki zor tətbiq edərək sonuncuya dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Araşdırma aparılmış, xəsarətin dərəcəsinə görə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. X1 onun qaynanasıdır. Münasiblərinin pisləşməsinə səbəb qaynanası onu həyat yoldaşı Sərxan Mustafayev ilə ayırmaq isdəyib evdən çıxarmaq isdəməsi olmuşdur. Aralarında bir neçə dəfə söz mübahisəsi baş vermiş, onuncu mübahisələri xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı evdə olan zaman qaynanası mübahisə edib onunla yaşamaq istəmədiyini, evdən çıxmasını demişdir. Lakin qaynanası söz mübahisəsi edib evdən çıxmağını, bir yaşamaq istəmədiyini demişdir. O isə gedəcək yerinin olmadığını çıxmayacağını demişdir. Həmçinin qaynanası Məksanə ilə arasında söz mübahisəsi baş verdiyini, yaranmış mübahisə zamanı sonuncuya qarşı fiziki güc tətbiq etmədiyini, qaynanasının ona şər böhtan atmasını qeyd etmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Mansır qızı izahatında göstərmişdir ki, hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Lakin dövlət tərəfindən ona verilən təqaüd hesabına öz maddi ehtiyaclarını qarşılayır. X5 onun oğlu, X2 isə onun gəlinidir. Onun Sərxan və İlhamə ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə mətbəxə keçdikdə masanın üzərində çirkli qab-qacağı görmüş və İlhamədən qab-qacağı təmizləməsini xahiş etmişdir. İlhamə isə ona təmizlik işi görməyəcəyini deyib onunla söz mübahisəsi etməyə başlamışdır. Aralarında yaranmış söz mübahisəsi zamanı İlhamə onun saçından tutmuş və çəkmişdir. Həmin müddətdə İlhamə Sərxana səslənmiş və yanına gəlməsini isdəmişdir. Sərxan gəldikdən sonra İlhamə yalandan Sərxana onun İlhaməni təhqir edərək münaqişəyə səbəb olduğunu demişdir. İlhamənin bu sözündən sonra isə Sərxan İlhamənin sözlərinə inanmış və onun üzərinə gələrək mətbəxdə olan stulu əlinə götürmüş və onun kürək və baş nahiyyəsinə bir neçə dəfə vurmuşdur. O, isə Sərxana qarşılıq verməmiş və Sərxanın əlindən qaçıb oradan uzaqlaşmışdır. Həmçinin hadisə baş verən zaman Sərxan və İlhamədən başqa heç kəs olmamışdır. Şikayətçidir. Həbslə bağlı qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və X5 və Şəxs törətmiş olduğu əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan X5 və Şəxs inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində sonrakı müvafiq tədbirlərin həyata keçirilməsi üçün qərarın surəti aidiyyəti üzrə Qazax RPŞ-nin İTB-nə göndərilmiş və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 398 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs Mansır qızının bədəni üzərində müəyyən edilmiş xəsarət: Ənsə nahiyyəsinin, sol bazunun 1/3-nin yan və iç səthinin qançırları, küt əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddət və şəraitdə, yəni, xx.xx.2024cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunması onun məsuliyyətini yüngülləşdirən haldır, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar