Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-536/2024 21.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ X3 Musayevin sədrliyi, Elminaz Zarif qızı Çobanovanın katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 12 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarından X2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 12 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 12 oktyabr 2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 12 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarın inibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X4 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, Qazax şəhəri N.Nərimanov qəsəbəsində ilə üzvləri ilə birlikdə yaşayır. 12 oktyabr 2024-cü il tarixdə Bakı-Qazax maqistralında istifasində olan MERCEDES BENZ VİTO 115 CDİ yük minik markalı, **-BD-*** dövlətq qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman onu Kürdəmir rayonu ərazisində postda polis əməkdaşı saxla əmri vermiş, o, öz növbəsində avtomobili saxlamış və avtomobilindən düşərək hansı səbəbə onu saxladığını soruşmurdur. Ona bildirilmişdir ki hərəkətdə olan zaman mobil telefondan istifadə etdiyi üçün müşahidə kamerasına düşmürdür. O öz nüvəsində həmin görüntülərin ona təqdim edilməsini bildirmiş və kamera görüntüləri olduğu halda cəriməsi nədirsə ödəyəcəyini bildirmişdir. Belə ki o avtomobili idarə edən zaman mobil telefondan istifadə etməmişdir. Bundan sonra polis əməkdaşına protokol yazmamağı xahiş etmiş yazacağı təqdirdə qərardan şikayət edəcəyini bildirmişdir. Polis əməkdaşı ona get hara şikayət edirsən et bildirmişdir. Odur ki, qeyd edilən halları nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin onun barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək barəsində Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nə də gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli 3(023)-536/2024 nömrəli sorğulara cavab verilməmişdir. Məhkəmə şikayət vermiş şəxsin, izahatını dinləyib, şikayətin dəlillərini, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 12 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh verilməsi haqqında iş üzrə qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 12 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, səlahiyyətli orqan, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən X4 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan zaman yuxarıda qeyd edilən normalar nəzərə alınmamış, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla səthi araşdırma aparılmış, əldə edilmiş sübutlar qanuna zidd vasitələrlə əldə edilmiş, şəxsin təqsirliliyini sübuta yetirəcək hər hansı mötəbər dəlil əldə edilməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə təqsirliliyini sübuta yetirəcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Səlahiyyətli orqan yalnız qərarı iş materiallarına əlavə etmişdir. Göründüyü kimi Məhkəmə tərəfindən iş materialları araşdırılarkən X2 Azərbaycan Respublikası İXMnin 342.6-cı maddəsində göstərilən inzibati xətanı törətməsi məhkəmədə öz təsdiqini tapmamış və mötəbər sübutların məcmusu ilə sübuta yetməmişdir. Məhkəmə Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq qeyd edir ki, Elşad Vəliyevin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Elşad Vəliyevin Azərbaycan Respublikası İXM-in 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi X2 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə inzibati xəta törətməsi heç bir sübutla təsdiq edilməyən mülahizədir ki, həmin mülahizələrə görə də şəxsin təqsirli bilinməsinə yol verilmir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən yuxarıda göstərilən hallar nəzərə alınmadan əsassız olaraq xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, X2 şikayəti təmin edilməli, səlahiyyətli orqan, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən hazırki iş üzrə tam və obyektiv araşdırma aparılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədən səthi araşdırma aparıldığından, şəxsin qeyd edilən maddə ilə təqsirli olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, şəxsin qeyd edilən maddə ilə təqsirli olması sübuta yetmədiyindən, Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 128, 129, 130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin X2 barəsində qəbul etdiyi 12 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-536/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-536/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver