Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-548/2024 04.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa şubet qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1989-cu ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 21 oktyabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixində saat 11:00 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs (pasport: C********) idarə etdiyi “DAF” markalı, 99NC345 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Skanlaşdırma” şöbəsinin baş inspektoru X1 tərəfindən “HCVG 6032” stasionar tipli rentgen-baxış qurğusunda ətraflı yoxlama keçirilmişdir. Yoxlama zamanı rentgen-baxış qurğusunun monitorunda əks olunan təsvirdə nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər görünməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar fiziki yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru X2 və hal-şahidlərinin iştirakı ilə sürücü Şəxs idarə etdiyi “DAF” markalı, 99NC345 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində gömrük yoxlaması aparılmışdır. Bu zaman, həmin nəqliyyat vasitəsinin yük yerində malmüşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən üzərində “ Elring ” yazıları olan mühərrik başlığının ara qatı 1 ədəd, üzərində “ Spesso ” yazıları olan mühərrik başlığının ara qatı 1 ədəd, üzərində “Goetze” yazıları olan 6 ədəd yük avtomobilinin gilizi, üzərində “Nüral” yazıları olan 6 ədəd yük avtomobilinin gilizi, üzərində “Airgrade” yazıları olan 4 ədəd yük avtomobilinin asqısı, üzərində “Orex” yazıları olan yük avtomobilinin asqısı 2 ədəd, üzərində “Fren sistemleri sanayi” yazıları olan 1 ədəd yük avtomobilinin asqısı, üzərində “İveco” yazıları olan 6 ədəd gilizin halqası, üzərində “İveco grup” yazıları olan 1 ədəd debriyaj mərkəzi, üzərində “KRD” yazıları olan 1 ədəd debriyaj mərkəzi, üzərində “Glyco” yazıları olan 2 ədəd mühərrik valının halqası, yük avtomobilinin asqısı üçün top birləşməsi 4 ədəd, yük avtomobilinin asqısı üçün yastıq 4 ədəd, üzərində “Patened” yazıları olan 3 ədəd predmet aşkar edilmişdir. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında Tovuz Gömrük İdarəsinin nümayəndəsi Nümayəndəoğlu izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında protokolu müdafiə edir, odur ki, məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan, 13 iyun 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Keçirilmiş gömrük yoxlaması zamanı “DAF” markalı, 99NC345 dövlət nömrə nişanlı yük nəqliyyat nəqliyyat vasitəsinin yük yerində malmüşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən üzərində “ Elring ” yazıları olan mühərrik başlığının ara qatı 1 ədəd, üzərində “ Spesso ” yazıları olan mühərrik başlığının ara qatı 1 ədəd, üzərində “Goetze” yazıları olan 6 ədəd yük avtomobilinin gilizi, üzərində “Nüral” yazıları olan 6 ədəd yük avtomobilinin gilizi, üzərində “Airgrade” yazıları olan 4 ədəd yük avtomobilinin asqısı, üzərində “Orex” yazıları olan yük avtomobilinin asqısı 2 ədəd, üzərində “Fren sistemleri sanayi” yazıları olan 1 ədəd yük avtomobilinin asqısı, üzərində “İveco” yazıları olan 6 ədəd gilizin halqası, üzərində “İveco grup” yazıları olan 1 ədəd debriyaj mərkəzi, üzərində “KRD” yazıları olan 1 ədəd debriyaj mərkəzi, üzərində “Glyco” yazıları olan 2 ədəd mühərrik valının halqası, yük avtomobilinin asqısı üçün top birləşməsi 4 ədəd, yük avtomobilinin asqısı üçün yastıq 4 ədəd, üzərində “Patened” yazıları olan 3 ədəd predmet aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 9/5107/2024 saylı rəyinə əsasən təqdim edilən mallardan 02 adda olanına qiymət qoyulmuş lakin, digər 12 (on iki) adda olan ehtiyyat hissələrinə isə ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “DAF” markalı, 99NC345 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF” markalı, 99NC345 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, üzərində “ Elring ” yazıları olan mühərrik başlığının ara qatı 1 ədəd, üzərində “ Spesso ” yazıları olan mühərrik başlığının ara qatı 1 ədəd, üzərində “Goetze” yazıları olan 6 ədəd yük avtomobilinin gilizi, üzərində “Nüral” yazıları olan 6 ədəd yük avtomobilinin gilizi, üzərində “Airgrade” yazıları olan 4 ədəd yük avtomobilinin asqısı, üzərində “Orex” yazıları olan yük avtomobilinin asqısı 2 ədəd, üzərində “Fren sistemleri sanayi” yazıları olan 1 ədəd yük avtomobilinin asqısı, üzərində “İveco” yazıları olan 6 ədəd gilizin halqası, üzərində “İveco grup” yazıları olan 1 ədəd debriyaj mərkəzi, üzərində “KRD” yazıları olan 1 ədəd debriyaj mərkəzi, üzərində “Glyco” yazıları olan 2 ədəd mühərrik valının halqası, yük avtomobilinin asqısı üçün top birləşməsi 4 ədəd, yük avtomobilinin asqısı üçün yastıq 4 ədəd, üzərində “Patened” yazıları olan 3 ədəd predmetlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, üzərində “ Elring ” yazıları olan mühərrik başlığının ara qatı 1 ədəd, üzərində “ Spesso ” yazıları olan mühərrik başlığının ara qatı 1 ədəd, üzərində “Goetze” yazıları olan 6 ədəd yük avtomobilinin gilizi, üzərində “Nüral” yazıları olan 6 ədəd yük avtomobilinin gilizi, üzərində “Airgrade” yazıları olan 4 ədəd yük avtomobilinin asqısı, üzərində “Orex” yazıları olan yük avtomobilinin asqısı 2 ədəd, üzərində “Fren sistemleri sanayi” yazıları olan 1 ədəd yük avtomobilinin asqısı, üzərində “İveco” yazıları olan 6 ədəd gilizin halqası, üzərində “İveco grup” yazıları olan 1 ədəd debriyaj mərkəzi, üzərində “KRD” yazıları olan 1 ədəd debriyaj mərkəzi, üzərində “Glyco” yazıları olan 2 ədəd mühərrik valının halqası, yük avtomobilinin asqısı üçün top birləşməsi 4 ədəd, yük avtomobilinin asqısı üçün yastıq 4 ədəd, üzərində “Patened” yazıları olan 3 ədəd predmetlər müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-548/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-548/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver