Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-549/2024 05.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan– Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qazax Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə təxminən 12:50 radələrində yaşadığı evdə oaln zaman Qazax şəhərində yerləşən Qastronom adlı mağazaya alış-veriş etməyi üçün getmək qərarına gəlmişdir. Ona görə də, özünə məxsus Mersedes E230 markalı **-SN-*** dövlət nömrə nişanlı avtomobili ilə mağazaya getməyi üçün hərəkətə başlamış, Bundan sonra o, Qazax Rayon Heydər Əliyev prospekti ilə X6 küçəsinin kəsişməsində olan 4 yol ayrıcından sol tərəfə dönüb üzü Qastronom adlı mağaza istiqamətində hərəkətdə olan zaman qəflətən qarşısına adı ona sonradan məlum olan X4 çıxmış, bu zaman o Yaqutu görmüş və avtomobili saxlamaq üçün əyləcin pedalını sıxsa da, avtomobilin sağ ön hissəsi Yaqutun sol ayaq nahiyyəsinə yavaş formada dəymişdir. Yaqut yerə yıxılan zaman isə o avtomobili kənara çəkib saxlamış və avtomobildən düşüb sonuncuya yaxınlaşaraq onu ilkin tibbi yardım alması üçün Qazax RMX-na aparmışdır.Şəxs izahatında həmçinin hadisə baş verən zaman spirtli içki qəbul etmədiyini, nəqliyyat vasitəsini idarə etməsi üçün sürücülük vəsiqəsinin olduğunu,idarə etdiyi avtomobilin anası X3 məxsus olduğunu və avtomobilə və özünə məxsus sənədlərin sürətlərini təhqiqata təqdim edə biləcəyini bildirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Qazax rayon Yol patrul xidmətinin baş inspektoru polis baş leytenantı X2 tərəfindən İXP ******* seriyalı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3cü maddəsinə əsasən zərərçəkmiş şəxin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 sentyabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Qazax RPİ-nin DYPŞ-yə göndərilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 xx.xx.2024-cü il tarixli, 319 saylı Ekspert rəyindən görünür ki, vətəndaş X1 bədənində müəyyən edilmiş xəsarətlər. Sol bazu oynağının çıxığı, sağ bazunun və sol baldırın qançırları, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən, xx.xx.2024-cü il tarixə uyğun gəlir.Yol nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətinin ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, onun cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-549/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-549/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver