Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-55/2024 14.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs, müdafiəçi Qazax rayon Vəkil Bürosunun vəkili Vəkil və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X1 iştirakları ilə xx xxxx 1982-ci ildə Qazax rayonu Canallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləmir, Qazax rayonu Canallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 14 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(021)-2292/2023 saylı icra sənədi üzrə yaranmış 3200 manat aliment borcunu tələbkara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X4 bildirmişdir ki, Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(021)-2292/2023 saylı icra sənədi 26 iyul 2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(021)-2292/2023 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq Turan və Onur adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 320 manat aliment alınıb X2 verilməsi qət edilmişdir. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq və bildiriş göndərilmiş, həmçinin icra şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərk borcunu ödəmir. Hazırda Şəxs tələbkar X2 3200 manat aliment borcu vardır. X11 borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir, indiyədək heç bir ödəniş etməmişdir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkar isə borcunun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Canallı kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gözdən 3-cü dərəcəli əlildir. Xəstə anası var. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda da, maddi imkanı zəifdir, ona görə də borcunu ödəyə bilmir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(021)-2292/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 03 may 2023-cü il tarixdən başlayaraq 04 iyul 2020-ci ildə anadan olmuş X5 və 06 sentyabr 2021-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(021)-2292/2023 saylı icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tələbin dərhal icra edilməsi üçün bildiriş göndərilmiş, dəfələrlə Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, Şəxs ümumi xəstəlikdən gözdən 3-cü qrup əlildir. Orqanizim funksiyası əlli faiz pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(021)-2292/2023 saylı icra sənədinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs 3-cü dərəcəli əlil olması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışda Şəxs ümumi xəstəlikdən gözdən 3-cü qrup əlil olması və orqanizim funksiyası əlli faiz pozulduğu göstərilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati qaydada həbs tətbiq edilə bilər. Beləliklə Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, yığılmış aliment borcunun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 14 fevral 2024-cü il tarixdən, saat 13:10-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-55/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-55/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver