Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-561/2024 20.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin törətdiyi inzibati xəta barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən EP0189936 saylı, xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında aparılan araşdırma nəticəsində müəyyən olundu ki, təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC-nin 107100.00 ABŞ dolları məbləğində vəsaiti 21 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 33491.11 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Şəxs MMC 107100.00 ABŞ dolları məbləğində vəsaiti 21 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 33491.11 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Buna səbəb isə qanunda nəzərdə tutulan müddətdən xəbərlərinin olmaması olmuşdur. Odur ki, barələrində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Banka məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdarlıq edilsə də səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş və işin təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Mərkəzi Banka ünvanladığı xx.xx.2024-cü il tarixli, KB-255/2-148/2024 saylı məktubundan görünür ki, Şəxs MMC tərəfindən aparılan qabaqcadan ödəniş günündən 2 (iki) il keçib, lakin gömrük bəyannaməsi təqdim edilməmişdir. Şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 33491,11 ABŞ dollarının iyirmi faiz, yəni 6.698,22 (altı min altı yüz doxsan səkkiz min iyirmi iki) ABŞ dolları miqdarında (pozuntunun baş verdiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə) inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-561/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-561/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver