Məhkəmə qərarları › İş №3(023)-563/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-563/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-563/2024 25.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə xx.xx.1989-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:00 radələrində Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn “DAF FTXT” markalı 99VD292/20ZA522 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə “Qırmız Körpü” gömrük postunda baxış keçirilmiş və baxış zamanı “DAF FTXT” markalı 99VD292/20ZA522 nömrə nişanlı yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş halda, dartıcısının yan sağ cibindən 2 ədəd, qoşqusunun arxa sol tərəfindəki sandıqcadan 5 ədəd, arxa sağ tərəfindəki sandıqcadan 3 ədəd, orta sağ tərəfindəki sandıqcalardan 16 ədəd ümumilikdə 26 ədəd 5 litrlik qablarda qoşqusu ilə dartıcısı arasında 1 ədəd 18 litrlik qabda ümumi çəkisi 215 kq olan bala bənzər predmet aşkar olunmuş və götürülmüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi 06 noyabr may 2024-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 18 oktyabr 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilir ki, keçirilmiş gömrük baxışı zamanı “DAF FTXT” markalı 99VD292/20ZA522 nömrə nişanlı yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş halda, dartıcısının yan sağ cibindən 2 ədəd, qoşqusunun arxa sol tərəfindəki sandıqcadan 5 ədəd, arxa sağ tərəfindəki sandıqcadan 3 ədəd, orta sağ tərəfindəki sandıqcalardan 16 ədəd ümumilikdə 26 ədəd 5 litrlik qablarda qoşqusu ilə dartıcısı arasında 1 ədəd 18 litrlik qabda ümumi çəkisi 215 kq olan bala bənzər predmet aşkar olunmuş və götürülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin verdiyi 04 noyabr 2024-cü il tarixli 05-T nömrəli ekspertiza rəyindən görünür ki, X1 215 kq arı balıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “DAF FTXT” markalı 99VD292/20ZA522 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF FTXT” markalı 99VD292/20ZA522 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, 215 kq arı balı müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi cəkisi 215 kq arı balı müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar