Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-57/2024 14.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə 15 avqust 1988-ci ildə Qazax rayonu Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləmir, Qazax rayonu Xanlıqlar kəndində kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsin tərəfindən tərtib olunmuş 14 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(015)-306/2021 saylı icra sənədi üzrə yaranmış 6140 manat aliment borcunu, Qazax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(023)-972/2022 saylı icra sənədi üzrə yaranmış 5790 manat qızılın dəyərini və Qazax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(023)-1019/2022 saylı icra sənədi üzrə yaranmış 1030 manat borcu tələbkarlara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(015)-306/2021 saylı icra sənədi 07 iyul 2021-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(023)-972/2022 saylı icra sənədi 22 avqust 2022-ci il tarixdə və Qazax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(023)-1019/2022 saylı icra sənədi 19 avqust 2022ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(015)-306/2021saylı icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq Tərln və Müşgünaz adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 140 manat olmaqla cəmi 280 manat aliment pulu alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(023)-972/2022 saylı icra sənədinə əsasən qızıl və ya qızılın dəyəri olan 5790 manat pul və 28 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(023)-1019/2022 saylı icra sənədinə əsasən Şəxs 1000 (bir min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Lakin Şəxs tələbkarlara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş, həmçinin barəsində axtarış qərarı qəbul edilmiş və axtarışla tutularaq Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərək borcunu ödəmir. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkarlar isə borcunun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Məhkəmə qətnamələrində qeyd edilən borclarını inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda ona 2-3 gün vaxt verilsə borclarınnı tam şəkildə ödəyə bilər. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş tələbkar X2 izahat verərək bildirmişdir ki, borclu Şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Şəxs indiyədək heç bir ödəniş etməmişdir. Ona görə də, Şəxs cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(015)-306/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq Tərln və Müşgünaz adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 140 manat olmaqla cəmi 280 manat aliment pulu alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(023)-972/2022 saylı icra sənədinə əsasən Şəxs 1500 manat olan 01 ədəd 750 əyyarlı, çəkisi 10 qram olan briliyant qaşlı nişan üzüyü, qiyməti 260 manat olan 1 ədəd 583 əyyarlı çəkisi 3 qram olan üzük, qiyməti 320 manat olan 1 ədəd 583 əyyarlı çəkisi 4 qram olan üzük, qiyməti 270 manat olan 1 ədəd 583 əyyarlı 3 qram çəkisi olan üzük, qiyməti 1200 manat olan 1 ədəd 583 əyyarlı çəkisi 15 qram olan sırqa-üzük dəsti və qqiyməti 640 manat olan 1 ədəd 583 əyyarlı çəkisi 8 qram olan qolbağının özləri, özləri olmadıqda isə qızılın dəyəri olan 5790 manat pul və 28 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(023)-1019/2022 saylı icra sənədinə əsasən Şəxs 1000 (bir min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(015)-306/2021 saylı icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(023)-972/2022 saylı icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(023)-1019/2022 saylı icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tələbin dərhal icra edilməsi üçün bildiriş göndərilmiş, dəfələrlə Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax RPŞ-nin 27 oktyabr 2023-cü il tarixli, 3-13-88/2-20331/2023 saylı məktubdan görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə 460372 nömrəli Axtarış işi açılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, tələbkarın izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnamələrinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnamələrinin icrasını təmin etmir. Habelə halhazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə, barəsində axtarış elan edilməsinə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, barəsində axtrış verilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, yığılmış borcların məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 14 fevral 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-57/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-57/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver