Məhkəmə qərarları › İş №3(023)-574/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-574/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-574/2024 28.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa şubet qızının katibliyi, xx.xx.1978-ci il tarixdə Qazax şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda faktiki olaraq yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Əməliyyət-İstintaq Baş İdarəsində tərtib olunmuş material baxılması üçün 15 noyabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs 2024-cü ilin may ayında Gürcüstanın Tbilisi şəhərində olduğu zaman oradan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 2330 manat dəyərində 6 ədəd diş üçün kəlbətini, 200 ədəd “Smile safari orthodontic elastics”, 150 ədəd “Ortho organizers orthodontic relief wax assorted”, 10 qutu “Orthodontic Elastomeric”, 36 ədəd “Orthodontic arcwires niti arcwire medium” və 9 ədəd “Orthodontic arcwires copper niti with stops” yazılı, həmçinin dəyəri müəyyən olunmayan 10 ədəd “Delicate series, delicate roth brackets”, 5 ədəd “Tos Beauty series beauty plus ceramic brackets”, 3 ədəd “A-line roth-22” və 2 ədəd “S-line 23 roth22” yazılı stamotoloji ləvazimatı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “MAN” markalı 35BM550/35ZA113 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində gizlətməklə 29 may 2024-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 29 may 2024-cü il tarixli malların yoxlanması və götürülməsi haqqında protokoldan görünür ki, 6 ədəd diş üçün kəlbətini, 200 ədəd “Smile safari orthodontic elastics”, 150 ədəd “Ortho organizers orthodontic relief wax assorted”, 10 qutu “Orthodontic Elastomeric”, 36 ədəd “Orthodontic arcwires niti arcwire medium” və 9 ədəd “Orthodontic arcwires copper niti with stops” yazılı, həmçinin dəyəri müəyyən olunmayan 10 ədəd “Delicate series, delicate roth brackets”, 5 ədəd “Tos Beauty series beauty plus ceramic brackets”, 3 ədəd “A-line roth-22” və 2 ədəd “S-line 23 roth22” yazılı stamotoloji ləvazimatı malların aşkar edilərək götürülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3239, 7/974, 9/4703 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş 6 adda stomatoloji ləvazimatların orta bazar qiyməti 2330 manat müəyyən edilir. Təqdim edilmiş digər 4 adda malların Respublikada yerləşən apteklərdə və internet saytlarında satışı və qiyməti barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “MAN” markalı 35BM550/35ZA113 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “MAN” markalı 35BM550/35ZA113 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 2330 manat dəyərində 6 ədəd diş üçün kəlbətini, 200 ədəd “Smile safari orthodontic elastics”, 150 ədəd “Ortho organizers orthodontic relief wax assorted”, 10 qutu “Orthodontic Elastomeric”, 36 ədəd “Orthodontic arcwires niti arcwire medium” və 9 ədəd “Orthodontic arcwires copper niti with stops” yazılı, həmçinin dəyəri müəyyən olunmayan 10 ədəd “Delicate series, delicate roth brackets”, 5 ədəd “Tos Beauty series beauty plus ceramic brackets”, 3 ədəd “A-line roth-22” və 2 ədəd “S-line 23 roth22” yazılı stamotoloji ləvazimatlar müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 2330 manat dəyərində 6 ədəd diş üçün kəlbətini, 200 ədəd “Smile safari orthodontic elastics”, 150 ədəd “Ortho organizers orthodontic relief wax assorted”, 10 qutu “Orthodontic Elastomeric”, 36 ədəd “Orthodontic arcwires niti arcwire medium” və 9 ədəd “Orthodontic arcwires copper niti with stops” yazılı, həmçinin dəyəri müəyyən olunmayan 10 ədəd “Delicate series, delicate roth brackets”, 5 ədəd “Tos Beauty series beauty plus ceramic brackets”, 3 ədəd “A-line roth- 22” və 2 ədəd “S-line 23 roth22” yazılı stamotoloji ləvazimatlar müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar