Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-575/2024 02.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qazax şəhəri, S.Vurğun küçəsi, ev 143A qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 02 dekabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində öz yaşadığı evdə narkotik vasitə olan AHP qəbul etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin epizotik etmə halları olubdur. Narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Lakin fərdi əməklə məşğul olub özünə maddi qazanc əldə edir. Qazax rayon Daş Salahlı kənd sakini X9 ilə təxminən 6 ildir ki, qeyri-rəsmi olaraq bir yerdə yaşayır. O, təxminən 3 ildir ki, xəstəliyi ilə əlaqədar olaraq psixotrop tərkibli dərmanlar qəbul edir. O, psixotrop tərkibli ( Depakin, Klonozepan, Stimuladon, Çikladol, Amitriptilin, Metadon, Fenazepan, Alizol, Triptazin və Tramadol) dərmanları Qazax rayon Mərkəzi Xəstəxanasından və 2 saylı Respublika Psixatriya Xəstəxanasından xüsusi reseplə almaqdadır. O, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman Metadon, Fenazepan və Depakin qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 12:00 radələrində onun yaşadığı ünvan 1 ünvanında yerləşən evin qarşısında Gəray Əmrahovla birlikdə olan zaman bir neçə nəfər şəxs onlara yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edib ona narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişdir. O, da buna hər hansı bir etiraz bildirmədən könüllü surətdə polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir.Həmçinin Şəxs izahatında onun istifadə etdiyi psixotrop dərmanların tərkibində metamfetamin olduğunu, bu səbəbdən də, analiz verən zaman sidiyində matamfetamin aşkar edildiyini, qeyd olunan dərmanların reseptini təhqiqata təqdim etdiyini, Gəray Əmrahovla birlikdə narkotik vasitə istifadə etmədiyini qeyd etmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirmişdir ki, Şəxs Qazax rayon Polis Şöbəsində hüquqları pozulmuş, ona vəkil təqdim edilməmiş, vəkildən imtina barədə ərizə imzalanan zaman vəkilin iştirakı zəruri olduğu halda təmin edilməmişdir. Bu hal onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün əsasdır. İcraata xitam verilmədiyi halda, Şəxs himayəsində azyaşlı uşağınını olmasını, nevraloji xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq, onun barəsində aşağı həddə cərimə cəzası təyin edilməsini xahiş edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:50 radələrində tutulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1909 saylı xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şəxs Psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin epizotik etmə halları olub. Narkomaniyə xəsdəliyindən əzab çəkmir. Narkomaniya xəsdəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X2 verdiyi məktubdan görünür ki, Şəxs ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X1 heç bir növ əmək pensiyası, sosial müavinət və Prezident təqaüdü almır. İş materiallarında olan cinayət işinin balnmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qazax RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Amil Hacıyevin raportu əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığı üçün X7 və Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti X7 və Şəxs barəsində inzibati Аzərbaycan Рespublikası İXM-nin 206-cı maddəsilə inzibati qaydada tədbir görülməsi Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, onun himayəsində 14 yaşına çatmayan uşağının olması inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, törətmiş olduğu əməldən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasının hədində 300 manat məbləğində cərimə tətbiq edilməli, onun inzibati qaydada 2 gün saxlanıldığı nəzərə alınaraq, 300 manat cərimə cəzasından çıxılaraq 200 manat daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-575/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-575/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver