Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-576/2024 02.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 02 dekabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qazax rayonu Daş Salahlı kəndi ərazisində çöl sahəsində saat 14:00 radələrində THC (marixuana) AMP narkotik vasitə qəbul etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə edir. Tibbi müayinə zamanı o narkotik vasitə olan kannobinoidlərdən və psixotrop maddə olan metamfetamindən epizotik istifadə etməi halları olubdur. Narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, hal-hazırda rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir. Lakin heyvandarlıqla məşğul olub özünə maddi qazanc əldə edir. Şəxs ilə altı ildir ki, qeyri rəsmi olaraq biryerdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Səkinə Əliyevaya məxsus ünvan 1 ünvanında yerləşən evin qarşısında Səkinə ilə birlikdə duran zaman Qazax RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişdir. O, da buna hər hansı bir etiraz bildirmədən könüllü surətdə polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. O, narkotik maddə aludəçisi olmasada bəzən “metanfetamin” adlı narkotik maddəni istifadə etmişdir. O, sonuncu dəfə narkotik maddəni xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində istifadə etmişdir. Belə ki, həmin tarixdə o, Qazax rayon Daş Salahlı kənd ərazisində örüş sahəsində saxladığı xırda buynuzlu heyvanları otaran zaman yerdən şəffaf sellofana bükülmüş halda “metanfetamin” adlı narkotik maddəni tapmışdır. Bundan sonra o, uzun zaman narkotik maddə qəbul etmədiyi üçün yerdən tapdığı narkotik maddəni istifadə etmək qərarına gəlmişdir. Həmin narkotik maddəni istifadə etdikdən sonra isə o, yaşadığı ünvana getmişdir. Həmçinin Şəxs izahatında narkotik maddə istifadə etsədə, narkotik maddənin satışı ilə məşğul olmadığını, narkotik maddə qəbul edən zaman yanında heç kimin olmadığını nə də ki, X11 birlikdə narkotik maddə qəbul etmədiyini qeyd etmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:50 radələrində tutulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1910 saylı xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən və psixotrop maddə olan metamfetamin epizotik istifadə etməsi halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X2 verdiyi məktubdan görünür ki, Şəxs ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X1 heç bir növ əmək pemnsiyası, sosial müavinət və Prezident təqaüdü almır. İş materiallarında olan cinayət işinin balnmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qazax RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Amil Hacıyevin raportu əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığı üçün Şəxs və X4 barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs və X4 barəsində inzibati Аzərbaycan Рespublikası İXM-nin 206-cı maddəsilə inzibati qaydada tədbir görülməsi Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, törətmiş olduğu əməldən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə olunmalı, onun inzibati qaydada 2 gün saxlanıldığı nəzərə alınaraq, 400 manat cərimə cəzasından çıxılaraq 300 manat daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-576/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-576/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver