Məhkəmə qərarları › İş №3(023)-586/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-586/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-586/2025 07.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Naxçıvan MR Culfa şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR Culfa şəhərində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 19 iyun 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Gürcüstan Respublikası istiqamətindən Dövlət Gömrük Komitəsinin Tovuz rayonunun inzibati ərazisində yerləşən Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postuna daxil olmuş Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Daf” markalı, 72BF480/72ZA080 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yük nəqliyyat vasitəsinin kabinasında olan, yataq yerinin altında yerləşən soyuducunun arxasından gömrük nəzarətindən gizlədilərək saxlanılmış, dəyəri 630 manat təşkil edən Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış 90 qutu “X1” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş malların və nəqliyyat vasitələrinin yoxlanması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi "DAF" markalı 72BF480/72ZA080 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman kabinada olan yatağın altında yerləşən soyuducunun arxasında 90 qutu "X1" markalı siqaretlər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli, 7/272-9/1140 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 90 qutu "X1" markalı siqaretin ümumilikdə xx.xx.2025-ci il tarixinə olan orta bazar qiyməti 630 manat təşkil edir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə "DAF" markalı, 72BF480/72ZA080 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, "DAF" markalı, 72BF480/72ZA080 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iş üzrə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 manat dəyərində üzərində "X1" yazısı olan 90 qutu (09 blok) məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 manat dəyərində üzərində "X1" yazısı olan 90 qutu (09 blok) məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları müsadirə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar