Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-590/2024 06.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlu, Məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Qazax rayonu, Dəmirçilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qazax rayonu, Dəmirçilər kəndində qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis X6 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qazax Rayon Polis X6 PB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 06 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə təminən saat 22:00 radələrində Zərərçəkmiş şəxs Qazax rayonu Dəmirçilər kəndində yaşadıqları evdə əri Şəxs tərəfindən döyülmüşdür. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, hal-hazırda rəsmi olaraq işləməsədə, fərmi əməmklə məşğul olaraq ehtiyaclarını ödəyir. xx.xx.2024-cü il tarixdə təminən saat 22:00 radələrində arvadı Zərərçəkmiş şəxs Qazax rayonu Dəmirçilər kəndində yaşadıqları evdə döymüşdür. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ondan şikayəti və tələbi yoxdur. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə təminən saat 22:00 radələrində əri Şəxs Qazax rayonu Dəmirçilər kəndində yaşadıqları evdə onu döymüşdür. hazırda Şəxs ilə barışmışdır ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edərək bu barədə yazılı ərizəni məhkəməyə təqdim edir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs törətmiş olduğu əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində sonrakı müvafiq tədbirlərin həyata keçirilməsi üçün qərarın surəti aidiyyəti üzrə Qazax RPŞ-nin Daş Salahlı PB-nə göndərilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 469 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- sol gözaltı nahiyyənin qançırı, küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsindən göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, Azərbaqycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qazax RPŞ-nin Daşç Salahlı PB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-590/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-590/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver