Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-597/2024 16.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, iştirakları ilə, xx xxxxx 1982-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləmir, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax Rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 16 dekabr 2024-cü il tarixdə Qazax Rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 16 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(019)-140/2023 saylı icra sənədi 27 mart 2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Balakən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(019)-140/2023 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2022ci il tarixdən başlayaraq Aydan və Fidan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat aliment pulu alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Lakin Şəxs tələbkara olan borcunu tam şəkildə ödəməmiş, 4800 manat borcadn 600 manat ödəmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş, həmçinin barəsində axtarış qərarı qəbul edilmiş və axtarışla tutularaq Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərək borcunu ödəmir. Hazırda Şəxs tələbkar X3 7400 manat aliment borcu vardır. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkar isə borcunun tam şəkildə ödənilməsini tələb edir. Həmçinin Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Lakin Şəxs yenədə borcun ödənilməsinə qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Balakən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(019)-140/2023 saylı icra sənədi 27 mart 2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Balakən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(019)-140/2023 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2022ci il tarixdən başlayaraq Aydan və Fidan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat aliment pulu alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Lakin Şəxs tələbkara olan borcunu tam şəkildə ödəməmiş, 7400 manat borcadan ödəmiş ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş, həmçinin barəsində axtarış qərarı qəbul edilmiş və axtarışla tutularaq Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərək borcunu ödəmir. Hazırda Şəxs tələbkar X3 7400 manat aliment borcu vardır. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkar isə borcunun tam şəkildə ödənilməsini tələb edir. Həmçinin Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hazırda borclu Şəxs ümumlikdə 7400 manat borcu vardır. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Balakən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(019)-140/2023 saylı icra sənədi 27 mart 2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Balakən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(019)-140/2023 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq Aydan və Fidan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat aliment pulu alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin müvafiq qətnaməsi üzrə borcu 7400 manat təşkil edir. Həmin borcdan hazıradək heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinə səbəb heç bir yerdə işləməməsi və maddi imkanının zəif olmasıdır. İş tapıb işləyəcək və borcunu ödəyəcək. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(019)-140/2023 saylı icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tələbin dərhal icra edilməsi üçün bildiriş göndərilmiş, dəfələrlə Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından (hakim: N.Musayev) görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəməsi üçün xəbərdarlıq göndərilmiş, icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat verilmişdir. İş materiallarından görünür ki, tələbkar X1 Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək Şəxs ona olan 6400 manat borcunu ödəmədiyini, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra vərəqəsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Balakən Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(019)-140/2023 saylı icra sənədinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, inzibati məsuliyyətə cəlb olunmağına və bir sıra digər görülmüş zəruri icra tədbirlərinə baxmayaraq onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs heç bir əlilliyi yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, barəsində axtarış verilməsinə, inzibati qaydada həbs edilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, yığılmış borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 dekabr 2024-cü il tarixdən, saat 18:20-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-597/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-597/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver