Məhkəmə qərarları › İş №3(023)-604/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-604/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-604/2024 20.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax RPŞ-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 20 dekabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən tərtib olunmuş 19 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında ucadan nalayiq ifadələt işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax RPŞ-nin nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında ucadan nalayiq ifadələt işlətmişdir. Buna görə də, Şəxs barəsində Qazax Rayon Polis Şöbəninin sahə rəisi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Qazax Rayon İcra Hakimiyyəti başçısının qəbulunda iştirak etmişdir. Qəbulda Ağköynək kənd icra nümayəndəsi Şahid1 çıxış edərkən o, onun çıxışına mane olaraq etiraz etmişdir. Onunla Şahid1 arasında söz mübahisəsi yaranmış və o əsəbləşərək Şahid1 aqressiv cavab qaytarmışdır. Onun bu əməlindən sonra iclasın gedişatı pozulmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Qazax Rayon İcra Hakimiyyətinin binasında icra başçısı tərəfindən vətəndaşların fərdi qəbulu keçirilən zaman oda həmin iclasda zalında iştirak etmişdir. Şəxs qəbul zamanı iclasda olmuş bu zaman o, ucadan qışqırmağa və həmkəndliləri barəsində nəlayiq ifadələr işlətmiş və qəbulun gedişini pozmuşdur. Şəxs nizam-intizama dəvət etsələrdə uyğunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra Qazax RPŞ-nə məlumat verilmiş və polis əməkdaşları Qazax Rayon İcra Hakimiyyətinin binasına yaxınlaşaraq Şəxs Qazax RPŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında Şahid2 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Qazax Rayon İcra Hakimiyyətinin binasında icra başçısı tərəfindən vətəndaşların fərdi qəbulu keçirilən zaman oda həmin iclasda zalında iştirak etmişdir. Şəxs qəbul zamanı iclasda olmuş bu zaman o, ucadan qışqırmağa və həmkəndliləri barəsində nəlayiq ifadələr işlətmiş və qəbulun gedişini pozmuş, rayon rəhbərinə qarşı nəlayiq ifadələr işlətmişdir. Şəxs nizam-intizama dəvət etsələrdə uyğunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra Qazax RPŞ-nə məlumat verilmiş və polis əməkdaşları Qazax Rayon İcra Hakimiyyətinin binasına yaxınlaşaraq Şəxs Qazax RPŞ-nə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 dekabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X3 verdiyi 20 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs müharibə iştirakçısı olduğuna görə 80 manat prezident təqaüdü alır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidin, zərərçəkmiş şəxslərin izahatlarını, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs müharibə iştirakçısı olması və il ərizində inzibati xəta törətməməsi iş üzrə məsuliyyətin yüngülləşdirən haldır, lakin ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 04 (dörd) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 19 dekabr 2024-cü il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar