Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-617/2025 03.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin İTB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Qazax rayonu Kəmərli kəndində qeydiyyatda olmaqla yaşayan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 03 iyul 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib olunmuş 03 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 03 iyul 2025-ci il tarixdə saat 12:10-da Qazax rayon mərkəzi xəstəxanasının inzibati binasında inzibati şöbənin direktorunun iş otağının qarşısında iş rejimini pozaraq uca səslə MX-nın direktorunu təhqir etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax RPŞ-nin İTBnin sahə rəisi polis kapitanı X5 izahat verərək bildirdi ki, Şəxs 03 iyul 2025-ci il tarixdə saat 12:10-da Qazax rayon mərkəzi xəstəxanasının inzibati binasında inzibati şöbənin direktorunun iş otağının qarşısında iş rejimini pozaraq uca səslə MX-nın direktorunu təhqir etmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilmir, 03 iyul 2025-ci il tarixdə rayon mərkəzi xastəxanasında olmuş xəstəxanada baş verən pozuntularla bağlı aidiyyəti üzrə xəstəxananın baş həkiminin yanında olmuş və aşkar etdiyi pozuntularla bağlı xəstəxananın rəhbərliyinə məlumat vermişdir. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs həmkəndlisi kimi tanıyır. xx.xx.2025-ci il tarixdə Qazax rayon Kəmərli kənd sakini Əliyev X2 Xəstəxananın inzibati şöbəsində onun iş otağının qarşısında iş rejimini pozaraq, uca səslə onu təhqir etmiş və xəstəxanada narahatçılıq yaratmışdır. Onun bu qanunsuz hərəkətləri 10-15 dəqiqə davam etmişdir. Bundan sonra Şəxs hərəkətləri barədə digərr hadisə şahidlərinin iştirakı ilə akt tərtib olunmuş aidiyyətı üzrə rayon polis şöbəsinə müraciət edilmişdir. Tərtib edilmiş aktda göstərilənləri bir daha təsdiq etmişdir. Hazırda Şəxs şikayətçidir və qanuna müvaqif qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 12:10 radələrində direktor Zərərçəkmiş şəxs ilə birlikdə direktorun xidməti otağına tərəf gedən zaman vətəndaş Şəxs direktora yaxınlaşmış və direktorun ünvanına ucadan danışaraq nalayiq sözlər işlətmiş, eyni zamanda digər vəzifəli şəxsin şəxsiyyətini alçaldacaq ifadələr işlətmişdir. Eyni zamanda səs-küy salaraq inzibati binada iş rejimini pozmuşdur. Bundan sonra digar hadisə şahidlərinin iştirakı ilə akt tərtib olunmuş aidiyyəti üzrə polis şöbəsinə müraciət edilmişdir. Tərtib edilmiş aktda göstərilənləri təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid1 və Şahid2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid5 dedikləri ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları və tərtib edilmiş aktda göstərilənləri bir daha təsdiq etmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan ƏƏSMN tabeliyində DSMF 1 saylı X1 verdiyi 20 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF PHŞ 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən hal-hazırda heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN 18568850 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN 18568840 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 03 iyul 2025-ci il tarixdən saat 12:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03 iyul 2025-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-617/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-617/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver