Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-622/2025 10.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi Tağım Yol Patrul Xidmətinin 04 iyul 2025-ci il tarixli, İXP ******* saylı inzibati inzibati tənbeh vermə haqqında protokoldan X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi Tağım Yol Patrul Xidmətinin 04 iyul 2025-ci il tarixli, İXP ******* saylı inzibati inzibati tənbeh vermə haqqında protokoluna əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 356.1-ci maddəsində nəzərdə tutulmuş inzbati tənbeh tətbiq edilmişdir. X2 həmin protokoldan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işdə olan sənədləri araşdırıb, şikayət vermiş şəxsin ərizəsini qanunvericiliyə uyğun olaraq tədqiq edərək hesab edir ki, 04 iyul 2025-ci il tarixli, İXP ******* saylı inzibati inzibati tənbeh vermə haqqında protokoldan X1 məhkəməyə verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 109.1.6-cı maddəsinə əasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Azərbaycan Respublikasının CPM-nin 122.7-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosesual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri aşağıdakı şəxslərin geri götürməyə hüququ vardır. Həmin Məcəllənin 122.7.1-ci maddəsinə əsasən şikayəti verən şəxsin özü (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər); Göründüyü kimi, DYP-nin tərtib etdiyi protokoldan məhkəməyə şikayət verilə bilməz. Şikayət qərardan verilə bilər. Əgər DYP(yol polisi) əsassız və qanunsuz olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edibsə, qərarı rəsmi qaydada əldə etdiyiniz vaxtda yaşadığınız yer üzrə məhkəməyə və ya DYPnə şikayət verə bilərsiniz. Həmin müddəti üzrlü səbəbdən ötmüsünüzsə, müddətin bərpa edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edilir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi Tağım Yol Patrul Xidmətinin 04 iyul 2025-ci il tarixli, İXP ******* saylı inzibati inzibati tənbeh vermə haqqında protokoldan X1 vermiş olduğu şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 122.7, 122.7.1, 449.1, 449.1.4, 451.4, 451.4.1, 451.4.2, və 451.4.3 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi Tağım Yol Patrul Xidmətinin 04 iyul 2025-ci il tarixli, İXP ******* saylı inzibati inzibati tənbeh vermə haqqında protokoldan X1 məhkəməyə verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-622/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-622/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver