Məhkəmə qərarları › İş №3(023)-623/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-623/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-623/2024 24.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 iştirakları ilə, xx.xx.1982-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Qazax şəhəri, Xanlıqlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 24 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində yaşadığı Qazax rayonu Xanlıqlar kəndində evdə anası Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində yaşadığı Qazax rayonu Xanlıqlar kəndində evdə anası Zərərçəkmiş şəxs döymüşdür. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, anası Zərərçəkmiş şəxs ilə bəzən aralarında söz mübahisəsi olur, 01 dekabr 2024-cü il tarixdə səhər radələrində aralarında söz mübahisəsi olmuşdur, mübahisənin uzandığını görüb evi tərk etmişdir. Onun bəzən sərxoş vəziyyətdə evə gəlməsi anasının narazılığına səbəb olmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranır. Hal-hazırda bəzi psixoloji problemləri olduğu üçün Qazax Rayon Psixiatriya Mərkəzində müalicə alır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ondan şikayət və tələbləri yoxdur. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Oğlu Şəxs mütəmadi olaraq onunla mübahisə edir, onu narahat edir, mütəmadi olaraq spirtli içki qəbul edərək evdə dava salır, tüfeyli həyat tərzi keçirir. Sonuncu dəfə 01 dekabr 2024-cü il tarixdə səhər saat 10:00 radələrində Şəxs sərxoş vəziyyətdə evə daxil olmuşdur, onun ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlamışdır, daha sonra ondan yenidən spirtli içki almaq üçün pul istədikdə ona pulunun olmadığını demişdir. Onun cavabından əsəbləşən Şəxs yenidən anasını təhqir etməyə başlamışdır. Mübahisə zamanı onu qolundan tutub çölə çıxartmaq istəmiş, o, isə ona qarşı müqavimət göstərməyə başlamışdır, onun müqavimət göstərdiyini görən Şəxs anasının bud nahiyəsinə təpiklərlə vurmağa başlamış, təpiklərin təsirindən yerə yıxılmış, Şəxs isə anasının yıxıldığını gördükdən sonra daha güclü şəkildə onun bədəninin digər nahiyələrinə də təpik vurmağa başlamış, bir müddət keçdikdən sonra Şəxs anasını döyməyi dayandırmış və anasının ünvanına əxlaqsız ifadələr işlədərək evdən uzaqlaşmışdır. Hadisə vaxtı evdə Şəxs və ondan başqa heç kim olmamışdır. Hal-hazırda Şəxs ilə barışmış ondan şikayət və tələbi yoxdur. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edərək bu barədə yazılı ərizəni məhkəməyə təqdim edir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Qazax RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materialların olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2024cü il tarixli 484 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- Başın təpə nahiyyəsinin, sol bazunun yan səthinin, sol saidin iç səthinin və sol kürək nahiyyəsinin qançırları, küt əşyanın təsirindən törəmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən müddətə, yəni, xx.xx.2024-cü il tarixdə əmələ gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materialların olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2024cü il tarixli 484 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- Başın təpə nahiyyəsinin, sol bazunun yan səthinin, sol saidin iç səthinin və sol kürək nahiyyəsinin qançırları, küt əşyanın təsirindən törəmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən müddətə, yəni, xx.xx.2024-cü il tarixdə əmələ gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X2 verdiyi 23 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, X3 heç bir növ əmək pensiyası, sosial müavinət və prezident təqaüdü almır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar