Məhkəmə qərarları › İş №3(023)-623/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-623/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-623/2025 24.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Tovuz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə Elsevər oğlunun iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Qazax rayonu Qazaxbəyli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qazax rayonu Qazaxbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 02 iyul 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2024-cü ilin dekabr ayında Gürcüstanda olduğu zaman oradan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 630 manat dəyərində 80 qutu "Parliament Platinum" markalı və 10 qutu "X2" markalı siqaretləri aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi "Daf" markalı, 05BJ765/10ZX480 dövlət nömrə nişanlı yük avtomobilinin kabinasında sağ tərəfdə, yuxarı hissədə əşyaları yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqşanın alt hissəsində gizlətməklə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda gömrük nəzarətindən gizlətməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Tovuz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə Elsevər oğlu izahatında bildirmişdir ki, inzibati məsuliyyət olubdur cinayət işinin başlanması barədə qərar var sonrada cinaət işinin başlanması rədd edilibdir satış məqsədi olmadığı üçün. Malların müsadirə olunmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli gömrük yoxlaması haqqında protokoldan görünür ki, Şəxs 2024-cü ilin dekabr ayında Gürcüstanda olduğu zaman oradan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 630 manat dəyərində 80 qutu "Parliament Platinum" markalı və 10 qutu "X2" markalı siqaretləri aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi "Daf" markalı, 05BJ765/10ZX480 dövlət nömrə nişanlı yük avtomobilinin kabinasında sağ tərəfdə, yuxarı hissədə əşyaları yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqşanın alt hissəsində gizlətməklə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda gömrük nəzarətindən gizlətməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 7/581 saylı ekspert rəyindən görünür ki, aşkar edilərək götürülmüş 80 qutu "Parliament Platinum" markalı və 10 qutu "X2" markalı siqaretlər qablaşdırma və markalanma baxımından normal hesab edilməklə tərkibi standart tələblərinə uyğunluq təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin 16 aprel 2025-ci il tarixli, 06-T saylı ekspert rəyindən görünür ki, aşkar edilmiş 80 qutu "Parliament Platinum" markalı siqaretlərin bir qutusunun qiyməti 7 manat olmaqla cəmi dəyəri 560 manat, 10 qutu "X2" markalı siqaretlərin bir qutusunun qiyməti 7 manat olmaqla cəmi dəyəri 70 manat dəyərində, ümumilikdə 630 manat dəyərindədir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə "Daf" markalı, 05BJ765/10ZX480 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, "Daf" markalı, 05BJ765/10ZX480 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iş üzrə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 manat dəyərində üzərində 80 qutu "Parliament Platinum" markalı və 10 qutu "X2" markalı məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 manat dəyərində üzərində 80 qutu "Parliament Platinum" markalı və 10 qutu "X2" markalı məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları müsadirə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar