Məhkəmə qərarları › İş №3(023)-626/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-626/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-626/2025 31.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X1 katibliyi ilə, xx.xx.1989-cu il tarixdə Naxçıvan MR Babək rayonu, Vayxır kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Naxçıvan MR Babək rayonu, Vayxır kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 08 iyul 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, 17.02 2025-ci il tarixində Tovuz Gömrük İdarəsinin "Qırmızı Körp2 gömrük postunda Turkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasi vətəndaşı Şəxs Huseyn oğlunun (pasport C********) idarə etdiyi DAF XF 105 460 markalı 01CK173/01ZB372 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmiş sözügedən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman yük nəqliyyat vasitəsinin dartıcısının salonunda oturacaqların arxa hissəsindən gizlədilmiş şəkildə Azərbaycan Respublikasının aksız markası ilə markalanmamış üzərində X1 yazıları olan 90 qutu siqaret aşkar edilmiş və götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli gömrük yoxlaması haqqında protokoldan görünür ki, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpu gömruk postunda Turkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs (pasport C********) idarə eldiyi "DAF XF 105 460 markalı 01CK173/01ZB372 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmiş, sözugedən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman yük nəqliyyat vasitəsinin dartıcısının salonunda oturacaqların arxa hissəsindən gizlədilmış şəkildə Azərbaycan Respublikasının aksız markası ilə markalanmamış, üzərində X1 yazıları olan 90 qutu siqaret aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.03 2025-cı il tarixli 3-16-16/2-7/354-9/1620/2025 nömrəli rəydən görünür ki tədqiqata təqdim olunmuş 90 (doxsan) qutu üzərində "X1 yazısı olan məcburi nişanlanma ilə nişanlanmamış siqaretlərin bir qutusunun qiyməti 7 (yeddi) manat ümumi dəyəri isə 630 (altı yüz otuz) manat müəyyən olunmuşdur və həmin siqaretlərin tərkibi standart tələblərə uyğundur 90 (doxsani qutu uzərində "X1 yazısı olan məcburi nişanlanma ilə nişanlanmamış siqaretlərdən 10 (on) qutusu ekspertiza tədqiqatına sərf olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə DAF XF 105 460 markalı 01CK173/01ZB372 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, DAF XF 105 460 markalı 01CK173/01ZB372 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iş üzrə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 manat dəyərində üzərində 80 qutu "Parliament Platinum" markalı və 10 qutu "X2" markalı məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 manat dəyərində üzərində X1 yazıları olan 90 qutu məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları müsadirə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar