Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-629/2025 16.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Zərərçəkmiş şəxs (tələbkar) Alıyeva Könül Əhməd qızının, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, Nəbiyev Tural Tapdıq oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Alıyev Mehman Ələddin oğlunun iştirakları ilə, 24 avqust 1994-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləmir, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 16 iyul 2025-ci il tarixli, MN 2088024 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Alıyev Mehman Ələddin oğlu Qazax Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(023)-447/2024 nömrəli icra sənədi üzrə yaranmış 3060 manat aliment borcunu tələbkara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru Nəbiyev Tural Tapdıq oğlu bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(023)-447/2024 nömrəli icra sənədi 02 iyul 2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Qazax Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(023)-447/2024 nömrəli icra sənədinə əsasən Alıyev Mehman Ələddin oğlundan 13 aprel 2021-ci il təvəllüdlü Alıyev Ruzigar Mehman oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02.02.2024cü il tarixdən başlayaraq, ayda 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Alıyeva Könül Əhməd qızına ödənilməsi qət edilmişdir. Lakin Alıyev Mehman Ələddin oğlu tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmişdir. Lakin borclu Alıyev Mehman Ələddin oğlu yenədə aliment borcunun ödənməsinə laqeydlik göstərərək borcunu ödəmir. Borclu Alıyev Mehman Ələddin oğlu borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkar isə aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Hazırda borclu Alıyev Mehman Ələddin oğlunun tələbkar Alıyeva Könül Əhməd qızına 3060 manat aliment borcu vardır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Alıyev Mehman Ələddin oğlu izahat verərək bildirmişdir ki, Qazax rayon məhkəməsinin qətnaməsi üzrə yaranmış borcunu inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı çatmır. Günə muzd fəhlə işləyir. Uşağın müəyyən ehtiyaclarını ödəyir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs (tələbkar) Alıyeva Könül Əhməd qızı izahat verərək bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(023)- 447/2024 nömrəli icra sənədinə əsasən Alıyev Mehman Ələddin oğlundan 13 aprel 2021-ci il təvəllüdlü Alıyev Ruzigar Mehman oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02.02.2024-cü il tarixdən başlayaraq, ayda 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Borcun hissə-hissə ödənilməsinə razı deyil, tam şəkildə ödənilməsini tələb edir. Borcun tam şəkildə ödənilmədiyi halda Mehman Alıyevə həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(023)-447/2024 nömrəli icra sənədinə əsasən lıyev Mehman Ələddin oğlundan 13 aprel 2021-ci il təvəllüdlü Alıyev Ruzigar Mehman oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02.02.2024-cü il tarixdən başlayaraq, ayda 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq Alıyeva Könül Əhməd qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 02 iyul 2024-cü il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(023)-447/2024 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Alıyev Mehman Ələddin oğluna tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmiş, dəfələrlə Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Alıyev Mehman Ələddin oğlu məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə halhazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə, barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Alıyev Mehman Ələddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Alıyev Mehman Ələddin oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünür ki, Alıyev Mehman Ələddin oğlunun heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Alıyev Mehman Ələddin oğlunun dəfələrlə xəbərdar edilməsinə, barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcunun ödənilməsi üçün tələb olunan qaydada ödəniş etməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını və hazırki vaxta olan yaranmış borc məbləğinin 27180 (iyirmi yeddi min yüz səksən) manat olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 16 iyul 2025-ci il tarixdən saat 17:00-dan hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Alıyev Mehman Ələddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 iyul 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-629/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-629/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver