Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-630/2025 04.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X1 katibliyi ilə, xx.xx.1979-cu ildə Lənkəran rayonu, Gərmətük qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 17 iyul 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:02 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstan Respublikasından “Autohandel & Export” ünvanından Gürcüstan Respublikası vətəndaşı Vasıl Jıbladzenin (21AA85460) idarə etdiyi “SCANİA 124 L” markalı, CV112VC/BA199B nömrə nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasına idxalatçı Şəxs AZ4214, Lənkəran rayonu, Gərmətük ŞTQ (Azərbaycan Respublikası VÖEN: **********) ünvanına daxil olmuşdur. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun böyük inspektoru X1 xx.xx.2025-ci il tarixdə idxalatçı Azərbaycan Respublikası vətəndaşı xx.xx.1979-cu il təvəllüdlü Şəxs (AZE0*******) ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparmış, yük nəqliyyat vasitəsinə yoxlama hal-şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. **********5091 sorğu nömrəli idxal gömrük bəyannaməsinin 31-ci qrafasında bəyan edilməyən Cien el sabunu 224 ədəd, Cien maye sabun (2litr) 4 ədəd, Lenor təravətləndirici 9 ədəd, Lenor qab şampunu (1.239) litr 4 ədəd, Head & shoulders (1litr) 18 ədəd, Cien saç şampunu (400 ml) 20 ədəd, Head& shoulders (500ml) 16 ədəd, Persil (1.2 kq) 7 ədəd, Ariel yuyucu vasitə (1.2 kq) 4 ədəd, Persil (5.4kq) 2 ədəd, Nescafe (200qr) 10 ədəd, Milbona pendir (1kq) 6 ədəd, Vitador duru yağ (1lt) 29 ədəd, Liqui moly motor yağı (5lt) 2 ədəd, antifiriz (10lt) 2 ədəd, adbul (10lt) 2 ədəd, adbul (5 lt) 1 ədəd, Bergin qaynaq aparatı (islenmis) 1 ədəd, keramik boşqab-21 ədəd, bağ alətləri 2 ədəd, kömür qabı 2 ədəd, HP printer (işlənmiş) 1 ədəd tərəfimizdən aşkar edilmiş və götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan, 09 iyul 2025-ci il tarixli gömrük yoxlaması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:02 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstan Respublikasından “Autohandel & Export” ünvanından Gürcüstan Respublikası vətəndaşı Vasıl Jıbladzenin (21AA85460) idarə etdiyi “SCANİA 124 L” markalı, CV112VC/BA199B nömrə nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasına idxalatçı Şəxs AZ4214, Lənkəran rayonu, Gərmətük ŞTQ (Azərbaycan Respublikası VÖEN: **********) ünvanına daxil olmuşdur. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun böyük inspektoru X1 xx.xx.2025-ci il tarixdə idxalatçı Azərbaycan Respublikası vətəndaşı xx.xx.1979-cu il təvəllüdlü Şəxs (AZE0*******) ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparmış, yük nəqliyyat vasitəsinə yoxlama hal-şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. **********5091 sorğu nömrəli idxal gömrük bəyannaməsinin 31-ci qrafasında bəyan edilməyən Cien el sabunu 224 ədəd, Cien maye sabun (2litr) 4 ədəd, Lenor təravətləndirici 9 ədəd, Lenor qab şampunu (1.239) litr 4 ədəd, Head & shoulders (1litr) 18 ədəd, Cien saç şampunu (400 ml) 20 ədəd, Head& shoulders (500ml) 16 ədəd, Persil (1.2 kq) 7 ədəd, Ariel yuyucu vasitə (1.2 kq) 4 ədəd, Persil (5.4kq) 2 ədəd, Nescafe (200qr) 10 ədəd, Milbona pendir (1kq) 6 ədəd, Vitador duru yağ (1lt) 29 ədəd, Liqui moly motor yağı (5lt) 2 ədəd, antifiriz (10lt) 2 ədəd, adbul (10lt) 2 ədəd, adbul (5 lt) 1 ədəd, Bergin qaynaq aparatı (islenmis) 1 ədəd, keramik boşqab-21 ədəd, bağ alətləri 2 ədəd, kömür qabı 2 ədəd, HP printer (işlənmiş) 1 ədəd tərəfimizdən aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “ “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 26-T nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ümumilikdə 22 adda 387 ədəd hüquqpozma predmeti olan nəqliyyat vastiəıləri üçün ehtiyyat hissələri ümumi orta bazar dəyəri 2,434 AZN olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “SCANİA 124 L” markalı, CV112VC/BA199B dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “SCANİA 124 L” markalı, CV112VC/BA199B dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, Cien el sabunu 224 ədəd, Cien maye sabun (2litr) 4 ədəd, Lenor təravətləndirici 9 ədəd, Lenor qab şampunu (1.239) litr 4 ədəd, Head & shoulders (1litr) 18 ədəd, Cien saç şampunu (400 ml) 20 ədəd, Head& shoulders (500ml) 16 ədəd, Persil (1.2 kq) 7 ədəd, Ariel yuyucu vasitə (1.2 kq) 4 ədəd, Persil (5.4kq) 2 ədəd, Nescafe (200qr) 10 ədəd, Milbona pendir (1kq) 6 ədəd, Vitador duru yağ (1lt) 29 ədəd, Liqui moly motor yağı (5lt) 2 ədəd, antifiriz (10lt) 2 ədəd, adbul (10lt) 2 ədəd, adbul (5 lt) 1 ədəd, Bergin qaynaq aparatı (islenmis) 1 ədəd, keramik boşqab-21 ədəd, bağ alətləri 2 ədəd, kömür qabı 2 ədəd, HP printer (işlənmiş) 1 ədəd müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, Cien el sabunu 224 ədəd, Cien maye sabun (2litr) 4 ədəd, Lenor təravətləndirici 9 ədəd, Lenor qab şampunu (1.239) litr 4 ədəd, Head & shoulders (1litr) 18 ədəd, Cien saç şampunu (400 ml) 20 ədəd, Head& shoulders (500ml) 16 ədəd, Persil (1.2 kq) 7 ədəd, Ariel yuyucu vasitə (1.2 kq) 4 ədəd, Persil (5.4kq) 2 ədəd, Nescafe (200qr) 10 ədəd, Milbona pendir (1kq) 6 ədəd, Vitador duru yağ (1lt) 29 ədəd, Liqui moly motor yağı (5lt) 2 ədəd, antifiriz (10lt) 2 ədəd, adbul (10lt) 2 ədəd, adbul (5 lt) 1 ədəd, Bergin qaynaq aparatı (islenmis) 1 ədəd, keramik boşqab-21 ədəd, bağ alətləri 2 ədəd, kömür qabı 2 ədəd, HP printer (işlənmiş) 1 ədəd müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-630/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-630/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver