Məhkəmə qərarları › İş №3(023)-633/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-633/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-633/2025 23.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Qazax RPŞ-in İTB-in polis sahə rəisi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, "xxxx" MMC-də ixtisassız fəhlə elektrik, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara 28 iyul 20024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 23 iyul 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 23 iyul 2025-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 iyul 2025-ci il tarixdə, saat 00:30 radələrində Qazax şəhəri Hərbi şəhərcikdə ucadan nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs 22 iyul 2025-ci il tarixdə, saat 00:30 radələrində Qazax şəhəri Hərbi şəhərcikdə ucadan nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərdi ki, 15 gün əvvəl Şəmkir rayonuna fəhlə işləməyə getmiş işi alınmadığı üçün 22 iyul 2025-ci il tarixdə Qazax rayonu Ə.Süleymanov küçəsində yerləşən anası ilə birlikdə yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. xx.xx.2025-ci il saat 22:00 radələrində Şəmkir rayonunda spirtli içkilər qəbul etdikdən sonra Şəmkir avtovağzalına çıxaraq KİA markalı taksiyə əyləşərk Qazax rayonuna yola düşmüş taksi sürücüsünə pulu evdə verəcəyini bildirmişdir. Evə çatdıqda anası Zərərçəkmiş şəxs1 taksinin pulunu verməsini xahiş etmiş, anası pulu olmadığını aşağı qonşudan alıb gələcəyini bildirmişdir. Anasının polisə məlumat verdiyini eşitmiş və əsəbləşərək evə girib qapını kilidləmişdir. Spirtli içkinin təsiri altında evdə bir sıra əşyaları dağıtmış polis əməkdaşları evə yaxınlaşdıqda qorxduğundan qapını açmaqdan qorxmuşdur. Həmin vaxt polis əməkdaşlarının və anasının ünvanına mənzilin eyvanına çıxaraq qeyri etik ifadələr işlətmiş, orada qonşulardan xatırlamadığı şəxslərdə olmuş, daha sonra qonuşusu Firdovsinin məsləhəti ilə qapını açmış və polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, İlkin Valizadə onun oğludur. İlkin təxminən 15 gün əvvəl Şəmkir rayonuna fəhlə işləməyə getmiş, xx.xx.2025-ci il tarixdə axşam saalarında Qazax rayonu Ə.Süleymanov küçəsində yerləşən birlikdə yaşadıqları evə qayıtmışdır. İlkin taksi sürücüsünə pulu evdə verəcəyini bildirmiş, İlkin ona 35 manat taksinin pulunu verməyini bildirmiş, ona pulunun olmadığını aşağı qonşudan alıb gələcəyini demişdir. O, aşağıda polisə məlumat vermiş və İlkin əsəbləşərək evə girib qapını kilidləmişdir. Spirtli içkinin təsiri altında evdəki bir sıra əşyaları dağıtmış və həmin vaxt polis əməkdaşları yaxınlaşmışdır. Həmin vaxt İlkin mənzilin eyvanına çıxaraq polis əməkdaşlarının və onun ünvanına qeyri etik ifadələşr işlətmişdir. Daha sonra İlkin qonşu Firdovsinin məsləhəti ilə qapını açmış və polis əməkdaşları onu məcburi qaydada Qazax RPŞ-nə aparmışdırlar. Şikayətçidir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Qazax RPŞ-nin əməliyyat istintaq qrupunun üzvü kimi xidmətdə olmuşdur. Həmin gün saat 23:18 radələrində 102 zəng xidməti vasitəsilə məlumat ötürülmüş və əməliyyat istintaq qrupunun üzvləri Ramin Ələsgərov, Qara Həsənov və Rəşad Məmmədova birlikdə Qazax şəhəri hərbi şəhərciyə getmişdirlər. Orada bir nəfər şəxs evin qapısını içəri tərəfdən bağlayaraq evdəki əşyaları dağıdırdı. Onlar Şəxs ilə profilaktiki sohbıt edərək onu qapını açmaqüçün yola gətirməyə çalışsalarda o onların və anası Zərərçəkmiş şəxs1 ünvanına qeyri etik ifadələr işlədərk təhqir etmişdir. Daha sonra qonşuluqda yaşayan şəxslərin təkidi ilə qapını açdı və onlarda Qazax RPŞ-nə getmişdir. Şikayətçidir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 izahatına uyğun izahat verərək, Şəxs şikayətçi olduğunu, Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyul 2025-ci il tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 iyul 2025-ci il tarixli 80 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi, zərərçəkmiş şəxslərin izahatlarını və inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hal yoxdur. Şəxs inizbati xətanısərxoş vəziyyətdə törətməsi məsulliyətini ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətin yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15(on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 23 iyul 2025-ci il tarixdən saat 01:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar