Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-634/2025 07.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 9 saylı Qazax-Tovuz Regional bölməsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 9 saylı Qazax-Tovuz Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə MN2366859 nömrəli 24 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, material ilə birlikdə baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 24 iyul 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Qazax rayonu Yuxarı Salahlı kəndində mövcud olan ictimai iaşə tipli çayxanda formalaşan tullantı suyunun Yuxarı-Salahlı-2 suvarma kanalına axıdılması faktı aşkar olunduğuna görə Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 9 saylı Qazax-Tovuz Regional bölməsinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək, Şəxs barəsində aşağı həddə cərimə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs əməlindən peşman olduğunu, ona aşağı həddə cərimə cəzası təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan 24 iyul 2025-ci il tarixli 001809 nömrəli aktdan görünür ki, Şəxs Qazax rayonu Yuxarı Salahlı kəndində mövcud olan ictimai iaşə tipli çayxanda formalaşan çirkab sularını Yuxarı-Salahlı-2 suvarma kanalına axıdılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası 77-ci Su obyektlərindən tullantı suların axıdılması üçün istifadə Sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 78. Tullantı suların su obyektlərinə axıdılması Tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs 24 iyul 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Qazax rayonu Yuxarı Salahlı kəndində mövcud olan ictimai iaşə tipli çayxanda formalaşan tullantı suyunun Yuxarı-Salahlı-2 suvarma kanalına axıtmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar yoxdur Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-634/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-634/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver