Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-637/2025 18.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində özünə məxsus “Mercedes C220” minik markalı 90-TX 035 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri Azadlıq küçəsi ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan avtomobilin sürətini azaltması səbəbindən avtomobillə toqquşmamaq üçün sükanı yolun sağ tərəfinə çevirmiş, nəticədə idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və avtomobilin arxa hissəsi yolun kənarında piyada hərəkət edən qadına dəymişdir. Hadisə nəticəsində Qazax rayon Çaylı kənd sakini Zərərçəkmiş şəxs xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırda Qazax RMX əməyin mühafizəsi üzrə bölmə müdiri işləyir. xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində iş vaxtı bitdikdən sonra şəxsi işlərini həll etmək üçün özünə məxsus “Mercedes C220” minik markalı 90-TX 035 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri Çinardibi adlanan əraziyə getmişdir. İşlərini həll etdikldən sonra avtomobillə Qazax şəhəri Azadlıq küçəsi ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan avtomobilin sürətini azaltması səbəbindən avtomobillə toqquşmamaq üçün sükanı yolun sağ tərəfinə çevirmiş, nəticədə idarəetməni itirərək yolnəqliyyat hadisəsi törətmiş və avtomobilin arxa hissəsi yolun kənarında piyada hərəkət edən qadına dəymişdir. Bu zaman Qazax rayon Çaylı kənd sakini Zərərçəkmiş şəxs xəsarət almışdır. Ona görə də, Zərərçəkmiş şəxs dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025ci il tarixdə, saat 18:00 radələrində Qazax şəhəri Azadlıq küçəsində yolun kənarı ilə piyada gedərkən Şəxs idarə etdiyi “Mercedes C220” minik markalı 90-TX 035 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və avtomobilin arxası sürüşərək ona dəymişdir. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş protokol tərtib etmiş Qazax RPŞ-nin Yol patrul Xidməti inspektoru polis serjantı X2 məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyun 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində 327.1-ci “Əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydasını pozma” inzibati xətasının və 327.8-ci maddəsində nəzərdə tutulmuş “bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi” inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 iyun 2025-ci il tarixli 205 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol saidin yan tərəfinin və sol dirsək oynağı nahiyyəsinin hərəkət məhdudluğu ilə müşayət olunan şişkinliyi və qançır bərk-küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və avtoqəza nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına AC 415914 saylı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və protokol tərtib etmiş X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, onunla barışması və zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, iş üzrə məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-637/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-637/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver