Məhkəmə qərarları › İş №3(023)-638/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-638/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-638/2025 08.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, Şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından barəsində inzibati icraat aparılan şəxs X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X3 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, Qazax şəhərində qeydiyyatda olmaqla yaşayır. Ağstafa rayon Tullantı sutəmizləyici Qurğu Stansiyasında işləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin keçirdiyi manitoriq nəticəsinində onun iştirakı olmadan baxış keçirilmiş, nümunə götürülmüşdür. Sözügedən nümunə adi bir qabda qablaşdırılmadan götürülərək laborotoriyaya aparılmışdır. Həmin nümunə xüsusi formada götülüməli, yəni nümunəni götürmək üçün olan qabda götürülür, qablaşdırılır və plomb vurulur.24 saat müddətində analiz olunur. 24 saata analiz olunmasa su öz tərkibini itirir. Bundan başqa giriş sularının göstəriciləri normadan artıq göstərilmişdir. Ona müəssisə cavabdeh deyildir. Sözgügən axıntı suları 24 ədəd ulturabənövşəyi şüalardan keçir. Bu halları nəzərə alaraq barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarını ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət vermiş şəxs X1, məhkəmə iclasında verdiyi izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qazax şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X2 barəsində qəbul etdiyi 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə inzibati tənbeh vermə haqqından qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi barədə məktub göndərilsədə, bununla bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Səlahiyyətli orqanın nümayəndələri məhkəmə iclasında izahatlarında bildirmişlər ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağstafa rayon Tullantı sutəmizləyici Qurğu stansiyasına baxış keçirilmişdir. Baxış zamanı tullantı sutəmizləyici qurğusundan atılan zərərli maddələrin miqdarının yolverilən normativdən artıq olması müəyyən edilmişdir. Bununla bağlı X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılmış və Məhəmməd Musayevin barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası 100.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd olunları əsas götürərək hesab edir ki, X1 şikayəti təmin edilməli, səlahiyyətli orqan, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən hazırki iş üzrə tam və obyektiv araşdırma aparılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədən səthi araşdırma aparıldığından, təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X1 barəsində qəbul etdiyi 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 128, 129, 130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X1 barəsində qəbul etdiyi 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar