Məhkəmə qərarları › İş №3(023)-64/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-64/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-64/2024 01.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi ilə Baş Dövlət Yol Polis İdarəsinin 09 fevral 2024-cü il tarixli, İXP ******* saylı inzibati inzibati tənbeh vermə haqqında qərarından X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Dövlət Yol Polis İdarəsinin 09 fevral 2024-cü il tarixli, İXP ******* saylı inzibati inzibati inzibati tənbeh vermə haqqında qərarına X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsirli bilinmiş, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. X2 həmin qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş X2 həmçinin ərizə ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin onun barəsində qəbul etdiyi 09 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli qərarından vermiş olduğu şikayət ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işdə olan sənədləri araşdırıb, şikayət vermiş şəxsin ərizəsini qanunvericiliyə uyğun olaraq tədqiq edərək hesab edir ki, 09 fevral 2024-cü il tarixli, İXP ******* saylı inzibati inzibati inzibati tənbeh vermə haqqında qərarından X1 məhkəməyə verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Azərbaycan Respublikasının CPM-nin 122.7-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosesual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri aşağıdakı şəxslərin geri götürməyə hüququ vardır. Həmin Məcəllənin 122.7.1-ci maddəsinə əsasən şikayəti verən şəxsin özü (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər); Göründüyü kimi şikayət vermiş şəxs X2 məhkəməyə ərizə verərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin 09 fevral 2024-cü il tarixli, İXP ******* saylı inzibati inzibati inzibati tənbeh vermə haqqında qərarından X1 məhkəməyə verdiyi şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 122.7, 122.7.1, 449.1, 449.1.4, 451.4, 451.4.1, 451.4.2, və 451.4.3 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Baş Dövlət Yol Polis İdarəsinin 09 fevral 2024-cü il tarixli, İXP ******* saylı inzibati inzibati inzibati tənbeh vermə haqqında X1 məhkəməyə verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar