Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-644/2025 04.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qazax şəhəri S.Vurğun küçəsi ev 135-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 04 avqust 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Qazax şəhəri S.Vurğun küçəsində narkotik vasitədən istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə edir. Tibbi müayinə zamanı o narkotik vasitə olan kannobinoidlərdən suni istifadə etməsi halları olubdur. Narkomaniya xəstəliyindən əzab çəkir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji qeydiyyata alınması məsləhət görülmüşdür. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olaraq maddi qazanc əldə edir. Şəxs onun qohumudur. Ceyhunla münasibəti həmişə normal olmuşdur. Hər-hansı bir mübahisələri yaxud ədavəti olmamışdır. Təxminən 10 ildir ki, narkotik vasitə olan heroin istifadə edir. Onların hər-hansı bir mübahisələri yaxud ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə Ceyhun Qazax rayonuna gəlmişdir. Həmin gun saat 19 radələrində onlar əlaqə saxlayıb yaşadıqları məhlədə görüşmüşdürlər. Onlar görüşdükdən sonra ona məxsus "Opel vectra" markalı **-ZR-*** d.q.n-lı avtomobillə Qazax rayon MX-na tanışımızı ziyarət etmək üçün getməyə başlamışdırlar. Onlar yolla gedən zaman Ceyhun cibindən bir ədəd içərisində narkotik vasitə olduğunu bildirdiyi siqareti çıxarıb, alışqanla yandırıb çəkməyə başlamışdır. Onlar Qazax şəhər Mərkəzi stadionunun yaxınlığında olan zaman polis əməkdaşları onun idarə etdiyi avtomobilə işarə verərək saxlatdırmışdırlar. Sonra isə özlərini təqdim edərək onların narkotik vasitə istifadə etməkdə şübhəli olduqlarını deyərək rayon PŞ-nə getmələrini bildirmişdirlər. Onlar isə polis əıməkdaşlarına hər-hansı bir etiraz etmədən birlikdə rayon PŞ-nə gəlmişdirlər. Növbətçi Hissədə onların üzərilərinə baxış keçirilmişdir. Həmin vaxt Ceyhun üzərində olan bir ədəd içərisində narkotik vasitə marixuana olan siqareti təqdim etmişdir. Şöbədə o, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən və avtomobilindən qanunla qadağan olunmuş əşya və ya predimet, həmçinin narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Şəxs izahatında həmçinin onun narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən X2 onun yanında olduğunu bildirmişdir Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona cərimə cəza verilməsini xahiş edir. İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1047 saylı xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF verdiyi məktubdan görünür ki, Şəxs ƏƏSMN-nin tabeliyində DSMF-dən heç bir növ əmək pemnsiyası, sosial müavinət və Prezident təqaüdü almır. İş materiallarında olan cinayət işinin balnmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qazax RPŞ-nin PPXB-nun polis nəfəri, polis serjantı Qara Qarayevin raportu əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığı üçün X2 və Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti X3 və Şəxs barəsində inzibati Аzərbaycan Рespublikası İXM-nin 206-cı maddəsilə inzibati qaydada tədbir görülməsi Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğdə cərimə edilsin. Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-644/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-644/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver