Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-645/2025 04.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax şəhəri S.Vurğun küçəsi ev 158-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 04 avqust 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Qazax şəhəri M.Hüseyn küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində saxlanılaraq üzərində 0.5 qram olan qurudulmuş narkotik vasitə götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə edir. Tibbi müayinə zamanı o narkotik vasitə olan kannobinoidlərdən suni istifadə etməsi halları olubdur. Narkomaniya xəstəliyindən əzab çəkir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji qeydiyyata alınması məsləhət görülmüşdür. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olaraq maddi qazanc əldə edir. X5 onun qohumudur. Zamiqlə münasibəti həmişə normal olmuşdur. Hər-hansı bir mübahisələri yaxud ədavəti olmamışdır. Təxminən 40 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, narkotik vasitə marixuandan istifadə etsə də, digər güclü təsir edici narkotik vasitələrdən istifadə etmir. xx.xx.2025-ci il tarixdə Tovuz rayonuna yas mərasimində iştirak etmək üçün gəlmişdir. O, yas mərasimində iştirak etdikdən sonra Qazax rayonuna gəlmişdir. O, Qazax rayonuna çatdıqdan sonra qohumu Zamiqlə görüşmüşdür. Təxminən saat 19 radələrində o, Zamiqə məxsus "Opel vectra" markalı **-ZR-*** d.q.n-lı avtomobillə Qazax rayon MX-na tanışını ziyarət etmək üçün getməyə başlamışdırlar. O, yolla gedən zaman Bakı şəhərindən gələn zaman üzərində gətirdiyi siqaretin içərisində olan marixuananı çəkmək istəmişdir. Onlar avtomobillə hərəkətdə olan zaman marixuananı çəkməyə başlamışdır. Onlar Qazax şəhər Mərkəzi stadionunun yaxınlığında olan zaman polis əməkdaşları Zamiqin idarə etdiyi avtomobilə işarə verərək saxlatdırmışdırlar. Sonra isə özlərini təqdim edərək narkotik vasitə istifadə etməkdə şübhəli olduqlarını deyərək rayon PŞ-nə getmələrini bildirmişdirlər. Onlar isə polis əməkdaşlarına hər hansı bir etiraz etmədən birlikdə rayon PŞ-nə gəlmişdirlər. Növbətçi Hissədə üzərinə baxış keçirilən zaman üzərində olan siqaretin içərisindəki marixuananı təqdim etmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona cərimə cəza verilməsini xahiş edir. İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1072 saylı xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF verdiyi məktubdan görünür ki, Şəxs ƏƏSMN-nin tabeliyində DSMF-dən heç bir növ əmək pemnsiyası, sosial müavinət və Prezident təqaüdü almır. İş materiallarında olan cinayət işinin balnmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qazax RPŞ-nin PPXB-nun polis nəfəri, polis serjantı Qara Qarayevin raportu əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığı üçün Şəxs və X2 barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs və X3 barəsində inzibati Аzərbaycan Рespublikası İXM-nin 206-cı maddəsilə inzibati qaydada tədbir görülməsi Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğdə cərimə edilsin. Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-645/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-645/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver