Məhkəmə qərarları › İş №3(023)-65/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-65/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-65/2024 22.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs X6, Barəində inzibati icraat aparılan şəxs Şəxs və Protokol tərtib etmiş şəxs Qazax RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru polis baş leytenantı X1 iştirakları ilə xx xxx 1988-ci ildə Qazax şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün 22 fevral 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti baş inspektoru polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş 20 fevral 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 fevral 2024-cü il tarixdə saat 01:45-də “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, Şəxs 20 fevral 2024-cü il tarixdə saat 01:45də “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı zərərçəkmiş şəxs X3 3840 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ yoxdur. 20 fevral 2024-cü il tarixdə, saat 01:45-də sürücülük hüququ olmadan idarə etdiyi “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş halda Qazax şəhəri X5 hərəkətdə olan zaman Svetoforun qadağanedici işarəsində keçərək “HYUNDAİ İ30” markalı, 52BJ534 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilə 3840 manat məbləğdə maddi ziyan dəymişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Qazax rayonu Dəmirçilər kəndində qeydiyyatda olmaqla Qazax şəhərində yaşayır. 20 fevral 2024-cü il tarixdə, saat təxminən 01:45 radələrində etibarnamə ilə idarə etdiyi “HYUNDAİ İ30” markalı, 52BJ534 dövlət nömrə nişanlı avtomobillə Qazax şəhəri M.P.Vaqif küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində işıqforun yaşıl işığında bazar istiqamətində hərəkət etmək istəyərkən “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qadağan edici işığında keçərək onun avtomobilini ön hissədən vuraraq maddi ziyan vurmuşdur. Hadisə zamanı “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sərxoş olmuşdur. Hazırda ona 3840 manat məbləğdə maddi ziayn dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Qazax RPŞ-dən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə olan inzibati material natamam olduğundan, həmin material onu tərtib etmiş orqana, yəni Qazax RPŞ-nə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “ƏHMƏDOĞULLARİ” AVTOSERVİS-in verdiyi 21 fevral 2024-cü il tarixli, 191 saylı arayışdan görünür ki, X2 idarə etdiyi “HYUNDAİ İ30” markalı, 52BJ534 dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 3840 manat maddi ziyan dəymişdir. Göründüyü kimi hadisə zamanı zərərçəkmiş şəxs X3 maddi ziyan dəymişdir. Lakin Qazax RPŞ-nin DYPB-si tərəfindən araşdırma aparılarkən zərərçəkmiş şəxsə dəymiş ziyan nəzərə alınmamış, Şəxs barəsində protokol tərtib edilərkən maddənin tövsifi düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Qazax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qazax RPŞ-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar