Məhkəmə qərarları › İş №3(023)-658/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-658/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-658/2025 20.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Ağstafa şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Qazax rayon polis şöbəsindən daxil olmuş materialdan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:15 radələrində Qazax şəhəri H.Əliyev prospekti ilə Ağstafa rayonu Dağkəsəmən kəndi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək onun barəsində İXP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol baxılması üçün material ilə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə dostu Zərərçəkmiş şəxs3la birlikdə ailələrinə məxsus Naz Lifan markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən Qazax şəhəri H.Əliyev prospekti ilə Ağstafa rayonu Dağkəsəmən kəndi istiqamətində hərəkətdə olarkən svetoforun qırmızı işığında maşını saxlaya bilməmiş, Qazax şəhəri Hərbi şəhərcik istiqamətində hərəkət edən Mercedes markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamışdır. Törətdiyi əmələ görə çox peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə dostu Şəxsla onun ailəsinə məxsus Naz Lifan markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri H.Əliyev prospekti ilə Ağstafa rayonu Dağkəsəmən kəndi istiqamətində hərəkətdə olarkən Şəxs svetoforun qırmızı işığında maşını saxlaya bilməmiş və Qazax şəhəri Hərbi şəhərcik istiqamətində hərəkət edən Mercedes markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt o avtomobildə sərnişin qismində olmuşdur. Hadisə vaxtı başından və dizindən xəsarət almışdır. Şəxs ziyanı ödəməyə söz vermişdir, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 01:15 radələrində dostu Zərərçəkmiş şəxs2 məxsus Mercedes markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu Qarapapaq kəndi istiqamətindən Qazax şəhəri Hərbi şəhərcik istiqamətində hərəkətdə olarkən yolayrıcında svetoforun yaşıl işığı yandığı üçün düzünə istiqamətdə maşını sürmüş, sol tərəfdən hərəkən edən Naz Lifan markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qırmızı işığında maşını saxlaya bilməmiş və Mercedes markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt o avtomobildə sərnişin qismində olmuşdur. Hadisə vaxtı müəyyən xəsarətlər almışdır. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 01:15 radələrində özünə məxsus Mercedes markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə dostu Zərərçəkmiş şəxs1la birlikdə Qazax rayonu Qarapapaq kəndi istiqamətindən Qazax şəhəri Hərbi şəhərcik istiqamətində hərəkətdə olarkən yolayrıcında svetoforun yaşıl işığı yandığı üçün düzünə istiqamətdə maşını sürərəkən sol tərəfdən hərəkən edən Naz Lifan markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qırmızı işığında maşını saxlaya bilməmiş və Mercedes markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt o avtomobildə sərnişin qismində olmuşdur. Hadisə vaxtı müəyyən xəsarətlər almışdır. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş protokol tərtib etmiş Qazax RPŞ-nin Yol patrul Xidməti inspektoru polis serjantı X1 məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Qazax RPŞ-nə verdiyi izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:15 radələrində qardaşı Zərərçəkmiş şəxs2 məxsus Mercedes markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu Qarapapaq kəndi istiqamətindən Qazax şəhəri Hərbi şəhərcik istiqamətində hərəkətdə olarkən yolayrıcında Naz Lifan markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Zərərçəkmiş şəxs2 və Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində 327.2, 332.1, 332.2 və 332.4-cü maddələrinin tərkib əlamətləri olduğundan qərarın surəti onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə aidiyyəti üzrə Qazax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 iyul 2025-ci il tarixli 267 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər – sol gicgah nahiyyəsinin açıq yarası və sol dizin ön səthində sıyrıq küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 18 iyul 2025-ci il tarixli 269 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlər – sol alın nahiyyəsində və sol dizin tış səthində sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 18 iyul 2025-ci il tarixli 270 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində müəyyən edilmiş xəsarətlər – sol dizin iç səthində, sağ dizin alt səthində, sağ biləyin ön səthində, sağ alın nahiyyəsində və sağ dirsək nahiyyəsində sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 18 iyul 2025-ci il tarixli 271 nömrəli rəyindən görünür ki, Şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sol dizin üst səthində, iç səthində, başın sol alın nahiyəsində sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materialları ilə müəyyən olunur ki, Naz Lifan markalı ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Şəxs sürücülük hüququ olmamışdır. “Saleh” k.m-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, Mercedes markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 4450 manat zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərərçəkmiş şəxslərin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 118, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 avqust 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar