Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-66/2024 15.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Borclu Şəxs və İnzibati protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Probasiya rəisi X1 iştirakları ilə xx xxxx 1994-cü ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında toplanmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi X7 tərəfindən tərtib olunmuş 22 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 saylı icra vərəqəsinə əsasən 3884 manat aliment borcunu tələbkar X5 ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də, Qazax İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X7 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 saylı icra vərəqəsi 23 fevral 2022-ci il tarixdə icra icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkar X5 olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmış, icra işi üzrə bir sıra zəruri icra hərəkətləri edilmişdir. Lakin borclu Şəxs borcunu tam şəkildə tələbkara ödəməmişdir. Ona görə də, onun barəsində inzibati tenbeh tətbiq edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu mütamadi olaraq ödəniş etmiş, lakin icra sənədini tam icra etməmiş və tələbkar isə borcun tam şəkildə ödənilməsini tələb edir. Hazırda borclu Şəxs 3884 manat borcundan 500 manat ödəniş etmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş borclu Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, səhhətində problemlər var, əməliyyatdan təzə çıxmışdır, maddi vəziyyəti çətindir, ona görə də, aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. O, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Maddi imkanın yol verdiyi həddə həmişə borcunu ödəməyə çalışmışdır. İndiyədək ümumlikdə 1300 manat ödəmişdir. Hazırda da Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 saylı icra vərəqəsinə əsasən, tələbkar X5 olan 3884 manat aliment borcundan 500 manat ödəniş etmişdir. Qalan borcu isə öz avtomobilini sataraq ödəyəcək. Bundan sonra alimenti hər ay vaxtında ödəyəcəyinə söz verir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İşdə olan sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 saylı icra vərəqəsinə əsasən 03 may 2017-ci il təvəllüdlü X8, 09 mart 2019-cu il təvəllüdlü X6 və 09 iyul 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ayda hər uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment Şəxs 17 yanvar 2023-cü il tarixdən, Gülgəz adlı uşağa münasibətdə isə uşaq alınıb verildiyi vaxtdan başlayaraq tutularaq X5 ödənilməsi qət edilmişdir İşdə olan 23 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-40/2023 saylı icra sənədinə 23 fevral 2023-cü il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İşdə olan Azərbaycan Tibb Universiteti X3 verdiyi epikrizdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Klinikada ümumi anesteziya altında qoyulan diaqnozuna görə metal telin və sümük qəlpəsinin çıxarılması cərrahi əməlliyatı keçirmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Borclu Şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 8330 saylı ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 500 manat ödəniş edilmişdir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə borcunu ödəməyə çalışmışdır. Belə ki, boclu mütamadi olaraq ödəniş edərək xx.xx.2023cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 105 manat, ödəniş etmiş, bundan başqa 08 mart 2024-cü il tarixdə isə 500 manat ödəniş etmiş, qalan borcu isə öz avtomobilini sataraq ödəyəcəyinə və bundan sonrakı aylarda hər ay vaxtında ödəyəcəyinə söz verir. Həmçinin borclunun səhhətində problemlər var, Azərbaycan Tibb Universiteti X4 xx.xx.2024-cü il tarixdə ümumi anesteziya altında qoyulan diaqnozuna görə metal telin və sümük qəlpəsinin çıxarılması cərrahi əməlliyatı keçirmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, borclu icra sənədinin icrasından qəsdən yayınmır, mütamadi olaraq ödəniş edir, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən, həmçinin qəzəli şəkildə qəsdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-66/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-66/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver