Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-665/2025 19.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Qazax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-833/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 8(023)-86/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 may 2023-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə qərara alınmış və həmin qərarlar üzrə yığılıb qalmış 2308 manat aliment borcunu ödəməmişdir. Bu barədə Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 tərəfindən MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 göstərmişdir ki, borclu Şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-833/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 8(023)-86/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 may 2023-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsindən yayınır və barəsində axtarış qərarına əsasən icra şöbəsinə gətirilmişdir. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-833/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 8(023)-86/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqələrinin icrasından yayınmır o aliment pulundan mütəmadi olaraq ödənişlər etmiş, lakin son aylarda ödəniş etməkdə çətinlik çəkdiyindən ödəniş edə bilməmişdir. Hazırda 2 gün vaxt veriləcəyi təqdirdə aliment borcundən 500 manat ödəniş edə bilər, bundan başqa övladları ilə mütəmadi olaraq görüşür və uşaqlarına maddi köməklik edir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-833/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 8(023)-86/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 may 2023-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq onun xeyrinə ödənilməsinə qərara alınmış və həmin qərarlar üzrə yığılıb qalmış 2308 manat aliment ödənilməsindən yayınır. Belə ki onların birgə nikahların olan uşağın təhsil haqqının ödənilməsinə çətinliyi olduğu üçün icra şöbəsinə müraciət etmişdir. Şəxs şikayəti yalnız ondan ibarətdir ki, uşaqın təhsil haqqında köməklik etmir. Lakin məhkəmə iclasında borclu 2 gün ərzində 500 manat ödəniş edə biləcəyinə söz vermişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-833/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 may 2023-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-833/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasına başlanılmışdır. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 8(023)-86/2025 nömrəli, xx.xx.2025-cü il tarixli icra vərəqəsinə əsasən Qazax Rayon Məhkəməsinin 2(023)- 833/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi indeksasiya olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 8(023)-86/2025 nömrəli, xx.xx.2025-cü il tarixli icra vərəqəsinin icrasına başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs kifayət qədər müddət ərzində Qazax Rayon Məhkəməsinin 2(023)-833/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 8(023)-86/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqələrini tam icra etmədiyindən onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsin tərkibi yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-665/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-665/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver