Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-668/2025 18.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İnizbati xəta haqqında protokolu tərtib etmiş Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 18 avqust 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, üzərində “PROLUTON DEPOT 250mg/ml” yazısı olan hər birində 10 ampula və 10 şpris olmaqla 100 (bir yüz) qutu, üzərində “ONFORD ONDANSETRON İNJECTİON İ.P 8mg/4ml” yazısı olan hər birində 10 flakon olmaqla 99 ( doxsan doqquz) qutu, üzərində “BOSENTAN TABLETS İP 62.5mg” yazısı olan hər birində 10 həb olmaqla 20 (iyirmi) konvalyut, üzərində “BOSENTAN TABLETS 125mg” yazısı olan hər birində 10 həb olmaqla 120 (bir yüz iyirmi) konvalyut, üzərində “ABİRAKAST ABİRATERONE ACETATE TABLETS İP 250mg” yazısı olan hər birində 120 həb olmaqla 48 (qırx səkkiz) qutu, üzərində “LUPRODEX 11.25mg” yazısı olan hər birində 1 şpris, 1 flakon və 1 ampula olmaqla 4(dört) qutu, üzərində “MİTOMYCİN 40mg” yazısı olan 150 (bir yüz əlli) qutu, üzərində “MESNA 4ml” yazısı olan hər birində 5 ampula olmaqla 100 (bir yüz) qutu, üzərində “EPİZEE 100mg” yazısı olan hər birində 25 flankon olmaqla 25 (iyirmi beş) qutu, üzərində “NİTİB 140mg” yazısı olan hər birində 30 həb olmaqla 29 (iyirmi doqquz) qutu, üzərində “VELASOF SOFOSBUVİR 400 mg/VELPATASVİR 100mg” yazısı olan hər birində 28 həb olmaqla 50 (əlli) qutu, üzərində “LEDİFOS LEDİPASVİR 90 mg/SOFOSBUVİR 400mg TABLETS” yazısı olan hər birində 28 həb olmaqla 20 (iyirmi) qutu, üzərində “İFOMİD-M 2g” yazısı olan 50 (əlli) qutu, üzərində “LENAKAST-25m” yazısı olan hər birində 30 həb olmaqla 12 (on iki) qutu, üzərində “TUDOBEST 300mg” yazısı olan hər birində 30 həb olmaqla 10 (on) qutu, üzərində “SUTEKAST 50mg” yazısı olan hər birində 28 həb olmaqla 12 ( on iki) qutu, üzərində “VELPANAT” yazısı olan hər birində 28 həb olmaqla 10 (on) qutu, üzərində “CAZANAT 60mg” yazısı olan hər birində 30 həb olmaqla 12 (on iki) qutu, üzərində “CA ATRA-10” yazısı olan hər birində 100 həb olmaqla 9 (doqquz) qutu, üzərində “MERCK 250mcg/0.5ml” yazısı olan hər birində 1 flakon və 1 şpris olmaqla 300 (üç yüz) qutu, üzərində “EPİZE 50mg” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 50 (əlli) qutu, üzərində “PİCLİB 125mg” yazısı olan hər birində 21 ədəd həb olmaqla 50 (əlli) qutu, üzərində “FERİNJECT FERRİC CARBOYMALTOSE 500MG” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 100 (bir yüz) qutu, üzərində “BLEOCEL 15” yazısı olan 100 qutu, üzərində “LİPPOD 20mg/10ml” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 50(əlli) qutu, üzərində “İVERSUN 12mg” yazısı olan hər birində 10 həb olmaqla 100 (bir yüz) konvalyut dərman vasitələri aşkar edilmiş və götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının iştirak edən Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X2 izahatında inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun tərəfindən inzibati xəta törədilməmiş, belə ki, o sürücü işləyir dərman vasitələrini göndərən şirkətin fəhlələri yanlışlığı səbəbindən onun avtomobilinə yüklənmişdir. Belə ki həmin iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsindədə araşdırma aparılmış və cinayət işinin başlanması və inzibati xəta haqqında tərkib olmadığından material rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını, eyni zamanda həmin faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsində müvafiq araşdırma aparılmış və 09 iyul 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilmsə barədə qərar qəbul edilmişdir. NBPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi polis mayoru Sərdar Rüstəmov tərəfindən rədd qərarı qəbul edilən zaman Şəxs İXM-nin 482.1-ci maddəsi ilə təqsirli olmadığı və barəsində inzibati icraatın başlanılmasının yolverilməzliyi qeyd edilmişdir. Həmin rədd qərarı hazırda qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda səlahiyyətli orqan Şəxs əməlinə İXM-nin 53.1.7 maddəs ilə xitam verməlidir. İş materiallarında olan, 12 aprel 2025-ci il tarixli gömrük yoxlaması haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “MERCEDES BENZ” markalı, UU849UB dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı nəqliyyat vasitəsinin yük yerində mal-müşayiət sənədlərində qeyd olunmayan, üzərində “PROLUTON DEPOT 250mg/ml” yazısı olan hər birində 10 ampula və 10 şpris olmaqla 100 (bir yüz) qutu, üzərində “ONFORD ONDANSETRON İNJECTİON İ.P 8mg/4ml” yazısı olan hər birində 10 flakon olmaqla 99 ( doxsan doqquz) qutu, üzərində “BOSENTAN TABLETS İP 62.5mg” yazısı olan hər birində 10 həb olmaqla 20 (iyirmi) konvalyut, üzərində “BOSENTAN TABLETS 125mg” yazısı olan hər birində 10 həb olmaqla 120 (bir yüz iyirmi) konvalyut, üzərində “ABİRAKAST ABİRATERONE ACETATE TABLETS İP 250mg” yazısı olan hər birində 120 həb olmaqla 48 (qırx səkkiz) qutu, üzərində “LUPRODEX 11.25mg” yazısı olan hər birində 1 şpris, 1 flakon və 1 ampula olmaqla 4(dört) qutu, üzərində “MİTOMYCİN 40mg” yazısı olan 150 (bir yüz əlli) qutu, üzərində “MESNA 4ml” yazısı olan hər birində 5 ampula olmaqla 100 (bir yüz) qutu, üzərində “EPİZEE 100mg” yazısı olan hər birində 25 flankon olmaqla 25 (iyirmi beş) qutu, üzərində “NİTİB 140mg” yazısı olan hər birində 30 həb olmaqla 29 (iyirmi doqquz) qutu, üzərində “VELASOF SOFOSBUVİR 400 mg/VELPATASVİR 100mg” yazısı olan hər birində 28 həb olmaqla 50 (əlli) qutu, üzərində “LEDİFOS LEDİPASVİR 90 mg/SOFOSBUVİR 400mg TABLETS” yazısı olan hər birində 28 həb olmaqla 20 (iyirmi) qutu, üzərində “İFOMİD-M 2g” yazısı olan 50 (əlli) qutu, üzərində “LENAKAST-25m” yazısı olan hər birində 30 həb olmaqla 12 (on iki) qutu, üzərində “TUDOBEST 300mg” yazısı olan hər birində 30 həb olmaqla 10 (on) qutu, üzərində “SUTEKAST 50mg” yazısı olan hər birində 28 həb olmaqla 12 ( on iki) qutu, üzərində “VELPANAT” yazısı olan hər birində 28 həb olmaqla 10 (on) qutu, üzərində “CAZANAT 60mg” yazısı olan hər birində 30 həb olmaqla 12 (on iki) qutu, üzərində “CA ATRA-10” yazısı olan hər birində 100 həb olmaqla 9 (doqquz) qutu, üzərində “MERCK 250mcg/0.5ml” yazısı olan hər birində 1 flakon və 1 şpris olmaqla 300 (üç yüz) qutu, üzərində “EPİZE 50mg” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 50 (əlli) qutu, üzərində “PİCLİB 125mg” yazısı olan hər birində 21 ədəd həb olmaqla 50 (əlli) qutu, üzərində “FERİNJECT FERRİC CARBOYMALTOSE 500MG” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 100 (bir yüz) qutu, üzərində “BLEOCEL 15” yazısı olan 100 qutu, üzərində “LİPPOD 20mg/10ml” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 50(əlli) qutu, üzərində “İVERSUN 12mg” yazısı olan hər birində 10 həb olmaqla 100 (bir yüz) konvalyut dərman vasitələri aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 6/1468/2025 saylı ekspert rəyinə əsasən təqdim edilmiş dərman prepartalarının tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədiyi göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 21-T saylı ekspert rəyinə əsasən təqdim edilmiş 26 adda dərman prepartalarının orta bazar qiyməti ümumilikdə 43,288 (qırx üç min iki yüz səksən səkkiz min) manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq Nəqliyyatda Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-33-15/2-2401/2025 saylı qərarında Şəxs barəsində CM-nin 200- 1,206,234 və 240 maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qeyd edilən qərarın 2-ci bəndində cinayət işinin rədd edilməsi ilə yanaşı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati icraatın başlanılmaması bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq Nəqliyyatda Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-15/2-2967/2025 saylı məktubundan görünür ki, Şəxs barəsində CM-nin 200-1,206,234 və 240 maddələri ilə cinayət işinin başlanması rədd edilməsi haqqında qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Respublika prokurorluğu tərəfindən prokuror nəzarəti qaydasında, eləcə də, məhkəmə nəzarətini həyata keçirən müvafiq məhkəmə tərəfindən ləğv edilməmişdir və qüvvədədir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli özünün DGK-nin Tovuz Gömrük İdarəsinə ətraflı qaydada verdiyi etirafedici izahatı və işin digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı inzibati məsuliyyət tədbirlərinin səlahiyyətlərinin bölgüsü sahəsində mühüm hüquqi akt kimi çıxış edərək İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi üzrə icraatın aparılması və qərar qəbul edilməsi səlahiyyətini Dövlət Gömrük Komitəsinin müvafiq orqanlarının səlahiyyət dairəsinə daxil etmişdir. Məhkəmənin icraatında olan Şəxs İXM-nin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialda Daxili İşlər Nazirliyi NBPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi polis mayoru Sərdar Rüstəmov tərəfindən qəbul 09 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə ləğv edilməmiş qərarın mövcudluğu Şəxs İXM-nin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını və barəsində inzibati tənbeh tətbiq edilməsini istisna edə bilməz. Məhkəmə qeyd edir ki, Daxili İşlər Nazirliyi NBPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi polis mayoru Sərdar Rüstəmov 09 iyul 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edən zaman, qərar qəbul edilməsi Daxili İşlər Nazirliyinin səlahiyyət dairəsinə aid olmayan İXM-nin 482.1-ci maddəsi üzrə şəxsin əməlinə hüquqi qiymət verməsi qanuni və əsaslı hesab edilə bilməz. Ona görədə 09 iyul 2025-ci il tarixli ləğv edilməmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın mövcudluğu hazırki inzibati xəta haqqında material üzrə heç bir preyudisial əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta yəni Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda törədilməsi ilə baş verdikdə şəxsin əməlində inzibati xətanın tərkibi yaranır. Göründüyü kimi qeyd olunan inzibati xətanın dispozitiv şərtlərindən aydın olur ki, həmin inzibati xəta hərəkətsizliklə törədilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı malları hərəkətsizlik edərək səlahiyyətli orqana bəyan etməmişdir. Ona görədə Şəxs oğunun əməlində İXM-nin 482.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur və həmin maddə ilə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan «MERCEDES BENZ” markalı, UU849UB dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, «MERCEDES BENZ” markalı, UU849UB dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, üzərində “PROLUTON DEPOT 250mg/ml” yazısı olan hər birində 10 ampula və 10 şpris olmaqla 100 (bir yüz) qutu, üzərində “ONFORD ONDANSETRON İNJECTİON İ.P 8mg/4ml” yazısı olan hər birində 10 flakon olmaqla 99 ( doxsan doqquz) qutu, üzərində “BOSENTAN TABLETS İP 62.5mg” yazısı olan hər birində 10 həb olmaqla 20 (iyirmi) konvalyut, üzərində “BOSENTAN TABLETS 125mg” yazısı olan hər birində 10 həb olmaqla 120 (bir yüz iyirmi) konvalyut, üzərində “ABİRAKAST ABİRATERONE ACETATE TABLETS İP 250mg” yazısı olan hər birində 120 həb olmaqla 48 (qırx səkkiz) qutu, üzərində “LUPRODEX 11.25mg” yazısı olan hər birində 1 şpris, 1 flakon və 1 ampula olmaqla 4(dört) qutu, üzərində “MİTOMYCİN 40mg” yazısı olan 150 (bir yüz əlli) qutu, üzərində “MESNA 4ml” yazısı olan hər birində 5 ampula olmaqla 100 (bir yüz) qutu, üzərində “EPİZEE 100mg” yazısı olan hər birində 25 flankon olmaqla 25 (iyirmi beş) qutu, üzərində “NİTİB 140mg” yazısı olan hər birində 30 həb olmaqla 29 (iyirmi doqquz) qutu, üzərində “VELASOF SOFOSBUVİR 400 mg/VELPATASVİR 100mg” yazısı olan hər birində 28 həb olmaqla 50 (əlli) qutu, üzərində “LEDİFOS LEDİPASVİR 90 mg/SOFOSBUVİR 400mg TABLETS” yazısı olan hər birində 28 həb olmaqla 20 (iyirmi) qutu, üzərində “İFOMİD-M 2g” yazısı olan 50 (əlli) qutu, üzərində “LENAKAST-25m” yazısı olan hər birində 30 həb olmaqla 12 (on iki) qutu, üzərində “TUDOBEST 300mg” yazısı olan hər birində 30 həb olmaqla 10 (on) qutu, üzərində “SUTEKAST 50mg” yazısı olan hər birində 28 həb olmaqla 12 ( on iki) qutu, üzərində “VELPANAT” yazısı olan hər birində 28 həb olmaqla 10 (on) qutu, üzərində “CAZANAT 60mg” yazısı olan hər birində 30 həb olmaqla 12 (on iki) qutu, üzərində “CA ATRA-10” yazısı olan hər birində 100 həb olmaqla 9 (doqquz) qutu, üzərində “MERCK 250mcg/0.5ml” yazısı olan hər birində 1 flakon və 1 şpris olmaqla 300 (üç yüz) qutu, üzərində “EPİZE 50mg” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 50 (əlli) qutu, üzərində “PİCLİB 125mg” yazısı olan hər birində 21 ədəd həb olmaqla 50 (əlli) qutu, üzərində “FERİNJECT FERRİC CARBOYMALTOSE 500MG” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 100 (bir yüz) qutu, üzərində “BLEOCEL 15” yazısı olan 100 qutu, üzərində “LİPPOD 20mg/10ml” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 50(əlli) qutu, üzərində “İVERSUN 12mg” yazısı olan hər birində 10 həb olmaqla 100 (bir yüz) konvalyut dərman vasitələri müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olanüzərində “PROLUTON DEPOT 250mg/ml” yazısı olan hər birində 10 ampula və 10 şpris olmaqla 100 (bir yüz) qutu, üzərində “ONFORD ONDANSETRON İNJECTİON İ.P 8mg/4ml” yazısı olan hər birində 10 flakon olmaqla 99 ( doxsan doqquz) qutu, üzərində “BOSENTAN TABLETS İP 62.5mg” yazısı olan hər birində 10 həb olmaqla 20 (iyirmi) konvalyut, üzərində “BOSENTAN TABLETS 125mg” yazısı olan hər birində 10 həb olmaqla 120 (bir yüz iyirmi) konvalyut, üzərində “ABİRAKAST ABİRATERONE ACETATE TABLETS İP 250mg” yazısı olan hər birində 120 həb olmaqla 48 (qırx səkkiz) qutu, üzərində “LUPRODEX 11.25mg” yazısı olan hər birində 1 şpris, 1 flakon və 1 ampula olmaqla 4(dört) qutu, üzərində “MİTOMYCİN 40mg” yazısı olan 150 (bir yüz əlli) qutu, üzərində “MESNA 4ml” yazısı olan hər birində 5 ampula olmaqla 100 (bir yüz) qutu, üzərində “EPİZEE 100mg” yazısı olan hər birində 25 flankon olmaqla 25 (iyirmi beş) qutu, üzərində “NİTİB 140mg” yazısı olan hər birində 30 həb olmaqla 29 (iyirmi doqquz) qutu, üzərində “VELASOF SOFOSBUVİR 400 mg/VELPATASVİR 100mg” yazısı olan hər birində 28 həb olmaqla 50 (əlli) qutu, üzərində “LEDİFOS LEDİPASVİR 90 mg/SOFOSBUVİR 400mg TABLETS” yazısı olan hər birində 28 həb olmaqla 20 (iyirmi) qutu, üzərində “İFOMİD-M 2g” yazısı olan 50 (əlli) qutu, üzərində “LENAKAST-25m” yazısı olan hər birində 30 həb olmaqla 12 (on iki) qutu, üzərində “TUDOBEST 300mg” yazısı olan hər birində 30 həb olmaqla 10 (on) qutu, üzərində “SUTEKAST 50mg” yazısı olan hər birində 28 həb olmaqla 12 ( on iki) qutu, üzərində “VELPANAT” yazısı olan hər birində 28 həb olmaqla 10 (on) qutu, üzərində “CAZANAT 60mg” yazısı olan hər birində 30 həb olmaqla 12 (on iki) qutu, üzərində “CA ATRA-10” yazısı olan hər birində 100 həb olmaqla 9 (doqquz) qutu, üzərində “MERCK 250mcg/0.5ml” yazısı olan hər birində 1 flakon və 1 şpris olmaqla 300 (üç yüz) qutu, üzərində “EPİZE 50mg” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 50 (əlli) qutu, üzərində “PİCLİB 125mg” yazısı olan hər birində 21 ədəd həb olmaqla 50 (əlli) qutu, üzərində “FERİNJECT FERRİC CARBOYMALTOSE 500MG” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 100 (bir yüz) qutu, üzərində “BLEOCEL 15” yazısı olan 100 qutu, üzərində “LİPPOD 20mg/10ml” yazısı olan hər birində 1 ədəd flakon olmaqla 50(əlli) qutu, üzərində “İVERSUN 12mg” yazısı olan hər birində 10 həb olmaqla 100 (bir yüz) konvalyut dərman vasitələri müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-668/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-668/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver