Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-669/2025 09.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29717543 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2025-ci il tarixli, EQ 29717543 saylı inzibati xəta haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. X3 həmin qərardan şikayət vermişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Qazax şəhəri Heydər Əliyev prospekti ünvanında ** XD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən qəfil avtomobilin panelində əyləc sisteminin nasazlıq işığı yanmış və o avtomobili yolun sağına çəkərək məcburi dayanma etmişdir. Həmin gün o ərazidə olan təhlükəsizlik kamerasının görüntüsü əsasında EQ 29717543 saylı elektron protokol tərtib olunmuşdur. Həmin ərazidə yalnız 5.12 nişanı mövcuddur sarı ziqzaq xətt yoxdur.bu halda 5.12 nişanının özündən 15 metr məsafə saxlamaq tələb olunur. Şəkillərdəndə görünür ki, o avtomobilini məcburi dayanma etsədə etsədə belə inşan məsafəsi 15 metrdən çoxdur. Buna adi gözlə şəkildə və yol kənarındakı bardurları saymaqla müəyyən etmək olar. ona görədə DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, qərarının ləğv edərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara şikayət təmin edilməməlidir. Belə ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2025-ci il tarixli EQ 29717543 saylı inzibati tənbeh vermə haqqında qərarla, təqdim edilmiş foto şəkil və arayış ilə sübut olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 29717543 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “FORD FUSİON” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 xx.xx.2025-ci il tarixdə saat 17:35-də “Qazax şəhər Heydər Əliyev prospektində” 5.12, və 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə Azərbaycan Respublikası 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1/147 saylı arayışdan görünür ki, Qazax rayon Xanlıqlar kənd sakini X2 tərtib edilmiş EQ 29717543 saylı İXH-da protokol xx.xx.2025-ci il tarixdə 36(otuz altı) manat olmaqla ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəməyə qərarın ləğv olunması üçün X3 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli EQ 29717543 saylı inzibati tənbeh vermə haqqında qərarda X1 xx.xx.2025-ci il tarixdə saat 17:35-də “Qazax şəhər Heydər Əliyev prospektində” 5.12, və 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durması tələblərinə riayət etməmişdir. İnzibati tənbeh vermə haqqında qərar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə X3 tərəfindən təqsirli olmasının əksinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, X1 şikayəti əsassız hesab olunduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29717543 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-669/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-669/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver