Məhkəmə qərarları › İş №3(023)-673/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-673/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-673/2025 01.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs (tələbkar) X1 nümayəndəsi Nümayəndə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Qazax rayonu, Orta Salahlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Qazax şəhəri, Orta Salahlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-178/2019 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 06 yanvar 2015-ci ildə doğulmuş Kənan və 10 yanvar 2018-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs 20 noyabr 2018-ci ildən başlayaraq hər uşaq üçün 150 manat, cəmi 300 (üç) yaz manat aliment sabit pul məbləğində alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə qərara alınmış və həmin qərar üzrə yığılıb qalmış 3500 manat aliment borcunu ödəməmişdir. Bu barədə Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 tərəfindən MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 göstərmişdir ki, borclu Şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-178/2019 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 06 yanvar 2015-ci ildə doğulmuş Kənan və 10 yanvar 2018-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs 20 noyabr 2018-ci ildən başlayaraq hər uşaq üçün 150 manat, cəmi 300 (üç) yaz manat aliment sabit pul məbləğində alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsindən yayınır. Borclu ilə müvafiq söhbət aparılmış 3500 manat məbləğindən hər ay əlavə 50 manat ödəyəcəyini bildirmiş, hal-hazırda Şəxs tələbkar Zərərçəkmiş şəxs 3500 manat borcundan 200 manat ödəniş etmiş və 3300 manat məbləğində borcu qalmışdır. Tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-178/2019 nömrəli, xx.xx.2023-cü il tarixli icra vrəqəsinin icrasından yayınmır hər ay 300 manat alimenti ödəyir. 3500 manat məbləğində yığılmış aliment 2023-cü ilin sonlarından yığılıb qalmış borcdur. Bundan başqa Bakı şəhərində takisi fəaliyyəti ilə məşğul olur aylıq gəliri 700-800 manat təşkil edir. Hazırda kirayədə yaşayır amma mütəmadi olaraq alimetini ödəyir xx.xx.2025-ci il tarixdədə 200 manat aliment borcundən ödəniş etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X1 nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Şəxs Qazax Rayon Məhkəməsinin 2(023)- 178/2019 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 06 yanvar 2015-ci ildə doğulmuş Kənan və 10 yanvar 2018-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs 20 noyabr 2018-ci ildən başlayaraq hər uşaq üçün 150 manat, cəmi 300 (üç) yaz manat aliment sabit pul məbləğində alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsindən yayınır. Göstərilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-178/2019 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 06 yanvar 2015-ci ildə doğulmuş Kənan və 10 yanvar 2018-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs 20 noyabr 2018-ci ildən başlayaraq hər uşaq üçün 150 manat, cəmi 300 (üç) yaz manat aliment sabit pul məbləğində alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-178/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasına başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1-512605701 nömrəli Kapitalbank ASCtərəfindən təqdim edilmiş qəbzdən görünür ki, ****6084 nömrəli kart hesabında ****0910 nömrəli kart hesabıa 100 manat ödəni edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1-12398 nömrəli E Manatdan təqdim edilmiş qəbzdən görünür ki, 523915******0910 nömrəli kart hesabına 100 manat ödəniş edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs kifayət qədər müddət ərzində Qazax Rayon Məhkəməsinin 2(023)-178/2019 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsini tam icra etmədiyindən onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsin tərkibi yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar