Məhkəmə qərarları › İş №3(023)-678/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-678/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-678/2025 15.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ X7 Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, X1, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində AYNA Tovuz Regional İdarəsinin inspektoru Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 29492330 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə şikayətlə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ 29492330 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 28521306 nömrəli qərarlarının ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 istfadəsində olan "Daf FT XF105.460T YÜK" markalı, 90RV358 qeydiyyat nişanlı yük avtomobili ilə sement daşımasını həyata keçirir. xx.xx.2025-ci il tarixdə Qazax rayonunda yerləşən "Arkoz" sement zavodundan 26.00 ton (26 000 kq) sement yükləyərək çatdırılması üçün Beyləqan rayonu istiqamətində yola çıxmışdır.Nəqliyyatın boş çəkisi 14.02 ton, dolu çəkisi isə 40.04 ton təşkil etmişdir. Beyləqan rayonuna doğru hərəkətdə olarkən Ağstafa rayonu Köçəsgər kəndi ərazisindən keçərkən (Bakı-Qazax yolunun M-2 451.2 km hissəsi) yolda Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış elektron tərəzinin üzərindən keçmişdir. Bu zaman xx.xx.2025-ci il tarixdə barəsində elektron qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin qərarla İXM-nin 353.2-ci maddəsı ilə 600 manat məbləğdə cərimə olunmuşdur. Səbəb isə bu olmuşdur ki, guya nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi icazə verilən maksimal çəkidən artıq, 42.320 kq olmuşdur. Lakin bu həqiqəti əks etdirmir. Belə ki, zavoddan 26.00 ton (26.000 kq) sement yüklənmişdir. Nəqliyyatın boş çəkisi 14.02 ton, dolu çəkisi isə 40.04 ton təşkil etmişdir. Ağstafa postunda tərəziyə çıxarkən nəqliyyatın çəkisi faktiki olaraq 40.04 ton olmuşdur. Bakı Qazax Magistral yolunun Ağstafa postu istiqamətindən keçən hissəsində quraşdırılmış elektron tərəzi test (təcrübə) mərhələsindədir və yükü düzgün çəkmir. Ümumiyyətlə həmin yolda quraşdırılan elektron tərəzi ilə bir neçə digər sürücü yoldaşların da nəqliyyat vasitələri çəkilmiş və çəki real çəkidən çox müəyyən edilmişdir və əsassız cərimə tətbiq olunmuşdur. Həmin əsassız cərimələr məhkəmələr tərəfindən silinmişdir. Səbəb isə budur ki, həqiqətən də həmin elektron tərəzi texniki cəhətdən nasazdır və çəkini düzgün müəyyən etmir. Nəticədə sürücülərə əsassız cərimələr yazılır. Tərəzi nəqliyyat vasitəsinin real çəkisindən 3 tondan artıq çəki müəyyən edir. Bu da onu deməyə əsas verir ki, həmin tərəzidə çox ciddi nasazlıq var. Qeyd edir ki, mallarını daşıdığı alıcılar zavoddan malı çəki ilə alırlar. Mal zavodda sertifikatlaşdırılmış tərəzi vasitəsilə çəkilir. Zavod malın pulunu satdığı tona görə alır. Yəni zavod çəkidə səhv edərək, artıq çəkidə mal verərək tərəzidə səhv edib az çəkiyə görə pul almaqla özünü ziyana salmaz. Zavodda quraşdırılmış tərəzi ilə yolda quraşdırılmış tərəzi arasında 2-3 ton fərq var. Belə çıxır ki, zavod çəkini düzgün çəkməməklə bir tonda 150 manat, 3 tonda 450 manat zərər edir. Zavod ümumiyyətlə normadan artıq çəkidə, yəni 40 tonan artıq çəkidə yüklənən nəqliyyat vasitələrini cərimə ediləcəyi səbəbilə zavoddan buraxmır. Göründüyü kimi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır və ləğv edilməlidir. Bundan başqa qeyd edir ki, yazılmış 600 manat əsassız cərimənin üzərinə qanunsuz olaraq da dəbbə pulu hesablanır və cərimə getdikcə artır, 900 manatadək qalxır. Qanuni qüvvəyə minməmiş qərara görə dəbbə pulu hesablana bilməz.barəsində olan EQ 29492330 saylı, xx.xx.2025-ci il tarixi qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində AYNA Tovuz Regional İdarəsinin inspektoru Nümayəndə çıxış edərək bildirdi ki, Ağstafa rayonu ərazisində yerləşən hərəkət halında çəki ölçmə nəzarət sistemi tərəzisi həmin tarixdə və saatda işlək vəziyyətdə olmuş və onda hər hansı bir texniki problem olmamışdır. Odur ki, şikayətin təmin olmadan qərarın qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi Mərkəzi Məlumat Xidməti tərəfindən X2 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə EQ 29492330 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, həmin tarixdə, saat 12:01 radələrində DAF TE 105 XF yük” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə cərimə edilmişdir. Ağstafa rayonu, Köçəsgər kəndi, Bakı istiqmətində olan M-2 nömrəli stansiyada olan hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi çəkilmiş şəkillərdən görünür ki, icazə verilən maksimal iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki 40000 kq olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə saat 12:01 radələrində ““DAF TE 105 XF yük” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 42320 kq olmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında R№006488 nömrəli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Respublikası Metrologiya X5 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı xx.xx.2025-ci il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Növbəti yoxlama tarixi xx.xx.2026-cı il tarix olduğu göstərilmişdir. Üzərində ARKOZ Sement Zavod yazılan printer vasitəsilə çap edilən qeydlərdən görünür ki, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə saat 11:21-də olan çəkim zamanı yüklə birlikdə çəkisi 40.04 kq olmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində AYNA-nın ABC QROUP MMC-yə ünvanladığı 3-27-103/2-16546/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, tətbiq olunan cərimənin ləğv edilməsi barədə məktubda **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tətbiq olunan cərimənin silinməsi ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Mübahisələndirlən «inzibati tənbeh vermə haqqında» qərarda göstərilən tələblərə riayət edilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, DAF TE 105 XF yük” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı işin tam, hər tərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə verilmiş müvafiq sorğuların icrası ilə əlaqədar təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, «inzibati tənbeh vermə haqqında» qərar qanunvericliyin tələblərinə əsasən qəbul edilmişdir. Belə ki, inzibati xətanı aşkarlayan Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları olmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmuşdur. Məhkəmənin sorğusuna cavab Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında R№024988 nömrəli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Respublikası Metrologiya X5 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı xx.xx.2025-ci il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Bunun əksini təsdiq heç bir mötəbər sübut şikayətçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə printer vasitəsilə çap edilən qeydlərə təndiqi yanaşaraq hesab edir ki, həmin qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Göründüyü kimi, həmin qeydlər müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslər tərəfindən təsdiq edilməmi, müvafiq vəzifəli şəxsin imzası və müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Eyni zamanda, şikayətçi tərəfindən həmin qeydlərin müvafiq müəssisələrə məxsus olan tərəzilərin qeydləri olmasını bildirilmiş və bununla bağlı həmin tərəzinin şəhadətnaməsini məhkəməyə təqdim etməmiş, təqdim edilən yazılı sənədin üzərində isə hər hansı səlahiyyətli şəxsin imzası və ya möhürünün olmadığı aşkar edilmişdir. Eyni zamanda, şikayətçi tərəfindən həmin qeydlərin müvafiq müəssisələrə məxsus olan tərəzilərin qeydləri olması bildirilsə də, həmin tərəzilərin müvafiq şəhadətnamə və serfikatları məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin qeydlərdə tərəzilər tərəfindən ölçmənin göstəriciləri əks olunsa belə, həmin göstəricilər inzibati xətanın baş verdiyi tarixdə və vaxtda yəni, xx.xx.2025-ci il tarixində saat 12:01-də olan çəkini deyil, digər saatlarda olan çəkini əks etdirir. Bütün bunlara görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi mərkəzi Məlumat xidmətinin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 29492330 nömrəli qərar qanuni və əsaslı olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar