Məhkəmə qərarları › İş №3(023)-68/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-68/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-68/2024 27.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəində inzibati icraat aparılan şəxs Şəxs və Protokol tərtib etmiş şəxs Qazax RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru polis baş leytenantı X3 iştirakları ilə xx xxx 1988-ci ildə Qazax şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün 27 fevral 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti baş inspektoru polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş 20 fevral 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 fevral 2024-cü il tarixdə saat 01:45-də “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etmiş, Qazax şəhəri X5 hərəkətdə olan zaman Svetoforun qadağanedici işarəsində keçərək “HYUNDAİ İ30” markalı, 52BJ534 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Qazax RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, Şəxs 20 fevral 2024-cü il tarixdə saat 01:45də “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan, istifadə etməklə sərxoş vəziyyətdə idarə etmiş, Qazax şəhəri X5 hərəkətdə olan zaman Svetoforun qadağanedici işarəsində keçərək “HYUNDAİ İ30” markalı, 52BJ534 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs 3840 manat maddi ziyan dəymişdir. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ yoxdur. 20 fevral 2024-cü il tarixdə, saat 01:45-də sürücülük hüququ olmadan idarə etdiyi “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş halda Qazax şəhəri X5 hərəkətdə olan zaman Svetoforun qadağanedici işarəsində keçərək “HYUNDAİ İ30” markalı, 52BJ534 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilə 3840 manat məbləğdə maddi ziyan dəymişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Dəmirçilər kəndində qeydiyyatda olmaqla Qazax şəhərində yaşayır. 20 fevral 2024-cü il tarixdə, saat təxminən 01:45 radələrində etibarnamə ilə idarə etdiyi “HYUNDAİ İ30” markalı, 52BJ534 dövlət nömrə nişanlı avtomobillə Qazax şəhəri M.P.Vaqif küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində işıqforun yaşıl işığında bazar istiqamətində hərəkət etmək istəyərkən “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qadağan edici işığında keçərək onun avtomobilini ön hissədən vuraraq maddi ziyan vurmuşdur. Hadisə zamanı “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sərxoş olmuşdur. Hazırda ona 3840 manat məbləğdə maddi ziayn dəymiş və ziyan ödənilməmişdir. Şəxs şikayətçidir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Alkotestr cihazının testindən görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs hadisə zamanı, yəni xx.xx.2024-cü il tarixdə 1,035% sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Alkotestr cihazının testindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı, yəni xx.xx.2024-cü il tarixdə ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qazax RPŞ-nin verdiyi xx.xx.2024-cü il tarixli, 1/481 saylı arayışdan görünür ki, Şəxs adına sürücülük vəsiqəsi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qadağan edici işığında keçərək yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan video və foto şəkillərdən görünür ki, “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qazax şəhəri X5 hərəkətdə olan zaman Svetoforun qadağanedici işarəsində keçərək “HYUNDAİ İ30” markalı, 52BJ534 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “ƏHMƏDOĞULLARİ” AVTOSERVİS-in verdiyi 21 fevral 2024-cü il tarixli, 191 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “HYUNDAİ İ30” markalı, 52BJ534 dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 3840 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏƏSMN tabeliyində DSMF PHŞin 1 saylı X2 verdiyi 21 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs ƏƏSMN tabeliyində DSMF PHŞ-in 1 saylı X1 heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, DVD diskdə olan video görüntü, foto şəkil, yol-nəqliyyat hadisəsinin sxemi və habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 20 fevral 2024-cü il tarixdə saat 01:45-də “NAZ LİFAN LF 7132/2 320 MİNİK” markalı 35BH655 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə idarə etmiş, Qazax şəhəri X5 hərəkətdə olan zaman Svetoforun qadağanedici işarəsində keçərək “HYUNDAİ İ30” markalı, 52BJ534 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə məsuliyyətini yüngülləşdirən haldır. İnizbati xətanı sərxoş halda törətməsi iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli, həbs etmənin əvvəli 27 fevral 2024-cü il tarixdən, saat 12:30-dan hesablanmalı, qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməli və zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 27 fevral 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar