Məhkəmə qərarları › İş №3(023)-683/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-683/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-683/2025 17.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, X1, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində AYNA Tovuz Regional İdarəsinin inspektoru Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 30358136 nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 məhkəməyə şikayətlə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ 30358136 nömrəli qərarının ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azarbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30358136 saylı qərarı ilə, X2 "DAF" markalı XF 460 FT modelli, 99EQ035 dövlət qeydiyyat nişanlı yəhərli dartici va "Menci & C Spa" markalı, 99YE035 dövlət qeydiyyat nişanlı öztüboşaldan tipli yarımqoşqunun ümumi istifadədə olan yolda icazəverilən verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla istifadə edilməsinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə edilmişdir. Cərimənin tətbiq edilməsi üçün, M-2 nömrəli yolun 244-cü kilometrində, Ucar rayonunun Alpout kəndində yerləşən "Kistler" markalı hərəkət halında çəkiölçmə nəzarət siteminin göstəricilərinə istinad edilmişdir. xx.xx.2024-cü il tarixli BB572055 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən. "DAF" markalı XF 460 FT modelli, 99EQ035 dövlət qeydiyyat nişanlı yəhərli dartıcının yüksüz kütləsi 8637 kq, maksimum kütləsi 18000 kq-dir. xx.xx.2024-cü il tarixli BO521434 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən. "Menci & C Spa" markalı, 99YE035 dövlət qeydiyyat nişanlı özüboşaldan tipli yarımqoşqunun yüksüz kütləsi 5000 kq, maksimum kütləsi 39000 kq-dir. Yükün Qazax rayonundan Xırdalan şəhərinə çatdırılmasına dair, "xxxx" MMC-na (**********) məxsus tərəzidə çəkilməsinə dair xx.xx.2025-ci il tarixli qaimədən görünür ki, nəqliyyat vasitəsinin yüklə birlikdə ümuıni çəkisi 39520 kq təşkil etmişdir. Bundan başqa, Ucar rayonunda fəaliyyət göstərən fərdi sahibkar X6 (VÕEN: **********) məxsus tərəzidə xx.xx.2025-ci il tarixdə saat 00:52- də (inzibati cərimə barədə SMS-bildiriş gəldikdən dərhal sonra) nəqliyyat vasitəsi çəkilmiş və yüklə birlikdə kütləsi 39330 kq olduğu müəyyən edilmişdir. Bu barədə arayış var. Qeyd etmək zəruridir ki, dartıcı və yarımqoşqudan ibarət nəqliyyat vasitəsi, Ucar rayonun Alpout kəndində yerləşən hərəkət halında çəkiölçmə nəzarət sisteminə qədər, Ağstafa rayonunda Köçəsgər kəndində, Samux rayonunun Zazalı kəndində yerləşən eynitipli cihazlardan keçmiş və nəqliyyat vasitəsinin icazəverilən kütlədən artıq təşkil etdiyi aşkarlanmamışdır. AR İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində göstərilmişdir: "8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icruat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırki şikayət verilmiş inzibati tənbehvermə haqqında qərar İXM-nin 8-ci maddəsinin tələblərinin kobud pozulması ilə çıxarılmışdır. Belə ki, qərarı çıxarmış orqan tərəfindən E.Rzayevanın əməlində inzibati xətanın tərkibinin olması sübuta yetirilmədiyi halda, ona cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzra icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Hamin məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 51-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Odur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməyimə dair AR Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30358136 nömrəli qərarının ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Şikayət verən şəxs X2 müdafiəçisi Vəkil ərizə ilə müraciət edərək, Cəlaləddin Yusubovun, Ucar rayonunda fəaliyyət göstərən fərdi sahibkar X6 (VÖEN: **********) məxsus tərəzidə xx.xx.2025-ci il tarixdə saat 00:52-də (inzibati cərimə barədə SMS-bildiriş gəldikdən dərhal sonra) nəqliyyat vasitəsini çəkdirmiş və yüklə birlikdə kütləsi 39330 kq olduğu müəyyən edilmişdir. Bu barədə iş materialarında arayış var. Yükün Qazax rayonundan Xırdalan şəhərinə çatdırılmasına dair, "xxxx" MMC-nə (**********) məxsus tərəzidə çəkilməsinə dair xx.xx.2025-ci il tarixli qaimədən görünür ki, nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 39520 kq təşkil etmişdir. Yusubov Cəlaləddinin idarə etdiyi nəqliyyat vasitəsi, Ucar rayonun Alpout kəndində yerləşən hərəkət halında çəkiölçmə nəzarət sisteminə qədər, Ağstafa rayonunda Köçəsgər kəndində, Samux rayonunun Zazalı kəndində yerləşən eynitipli cihazlardan keçmiş və nəqliyyat vasitəsinin icazəverilən kütlədən artıq təşkil etdiyi aşkarlanmamışdır. Qeyd olunanlardan aydın olur ki, həm inzibati xəta üzrə tənbeh barədə qərar qəbul etmiş orqanın öz tərəziləri, həm yükü təhvil alan təşkilatın tərəzisi, həm də Ucar rayonunda yerləşən neytral sahibkara məxsus tərəzi, nəqliyyat vasitəsinin kütləsini normada qeydə almışdır. Həmin tərəzilərin nasaz işləmə sini təsdiq edən sübutlar işdə yoxdur. Beləliklə, nəqliyyat vasitəsinin kütləsinin M-2 nömrəli yolun 244-cü kilometrində, Ucar rayonunun Alpout kəndində yerləşən “Kistler” markalı hərəkət halında çəkiölçmə nəzarət sitemində nəqliyyat vasitəsinin normadan artıq kütlədə qeydiyyata alınması, şübhəli haldır. AR X4 8-ci maddəsində göstərilmişdir: “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcələdə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həl edilir.” Qeyd olunanları nəzərə alaraq, məhkəmə iclasını iştirakım olmadan keçirməklə, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində AYNA Tovuz Regional İdarəsinin inspektoru Nümayəndə çıxış edərək bildirdi ki, Ucar rayonu ərazisində yerləşən hərəkət halında çəki ölçmə nəzarət sistemi tərəzisi həmin tarixdə və saatda işlək vəziyyətdə olmuş və onda hər hansı bir texniki problem olmamışdır. Odur ki, şikayətin təmin olmadan qərarın qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, səlahiyyətli orqanın nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi Mərkəzi Məlumat Xidməti tərəfindən X2 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə EQ 30358136 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, həmin tarixdə, saat 20:54 radələrində DAF XF 460 FT yük” markalı **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş və İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində təkrar törətmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinib 1200 manat məbləğində cərimə cərimə edilmişdir. İnzibati xəta Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY185405/25 nömrəli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Metrologiya X8 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı xx.xx.2025-ci il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Növbəti yoxlama tarixi isə xx.xx.2026-cı il tarixdir. Üzərində ADMİN yazılan printer vasitəsilə çap edilən qeydlərdən görünür ki, **-EQ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə saat 00:52-də olan çəkim zamanı yüklə birlikdə çəkisi 39330 kq olmuşdur. Üzərində Qaimə 91008 yazılan printer vasitəsilə çap edilən qeydlərdən görünür ki, **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə saat 02:41də olan çəkim zamanı yüklə birlikdə çəkisi 39520 kq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Mübahisələndirlən «inzibati tənbeh vermə haqqında» qərarda göstərilən tələblərə riayət edilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, DAF XF 460 FT yük” markalı **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla təkrar olaraq ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5ci maddəsi ilə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, DAF XF 460 FT yük” markalı **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı işin tam, hər tərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə verilmiş müvafiq sorğuların icrası ilə əlaqədar təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, «inzibati tənbeh vermə haqqında» qərar qanunvericliyin tələblərinə əsasən qəbul edilmişdir. Belə ki, inzibati xətanı aşkarlayan Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları olmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmuşdur. Məhkəmənin sorğusuna cavab Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında R№015691 nömrəli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Metrologiya X8 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı xx.xx.2025-ci il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Növbəti yoxlama tarixi isə xx.xx.2026-cı il tarixdir. Bunun əksini təsdiq heç bir sübut şikayətçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə printer vasitəsilə çap edilən qeydlərə təndiqi yanaşaraq hesab edir ki, həmin qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Göründüyü kimi, həmin qeydlər müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslər tərəfindən təsdiq edilməmi, müvafiq vəzifəli şəxsin imzası və müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Eyni zamanda, şikayətçi tərəfindən həmin qeydlərin müvafiq müəssisələrə məxsus olan tərəzilərin qeydləri olması bildirilmiş və lakin həmin tərəzinin şəhadətnaməsini məhkəməyə təqdim etməmişdir. Eyni zamanda həmin qeydlərin məhz həmin tərəziyə məxsus olması sübut olunmur. Eyni zamanda, həmin qeydlərdə tərəzilər tərəfindən ölçmənin göstəriciləri əks olunsa belə, həmin göstəricilər inzibati xətanın baş verdiyi tarixdə və vaxtda yəni, xx.xx.2025-ci il tarixində saat 20:54:40-da olan çəkini deyil, digər saatlarda olan çəkini əks etdirir. Bütün bunlara görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 30358136 nömrəli qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar