Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-686/2025 17.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Qazax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 16 sentyabr 2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Samux rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(058)-217/2020 nömrəli icra sənədi üzrə yaranmış 5020 manat borcunu tələbkara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qazax rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 göstərmişdir ki, borclu Şəxs Samux rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(058)-217/2020 nömrəli icra vərəqəsinə əsasən tərəflərin faktiki nikahlarından 16 aprel 2015-ci il tarixdə anadan olmuş X4 və 26 noyabr 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər növ qazancından hər uşaq üçün 150 manat olmaqla, iki nəfər uşaq üçün 300 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq iddiaçı X2 verilməsi qərara alınmışdır. Borclu Şəxs yığılıb qalmış 5020 manat aliment borcu var hal-hazırda həmin borcundan 800 manat ödəniş etmiş və 4220 manat aliment borcu var aylıqda 350 manat ödəniş edəcəyinə söz vermişdir. 800 manat ödənişi xx.xx.2025-ci il tarixdə ödəmişdir. 4220 manat ödənişi etmədiyindən borclu Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs izahatında göstərmişdir ki, Samux rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(058)-217/2020 nömrəli icra vərəqəsinə əsasən faktiki nikahlarından 16 aprel 2015-ci il tarixdə anadan olmuş X4 və 26 noyabr 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər növ qazancından hər uşaq üçün 150 manat olmaqla, iki nəfər uşaq üçün 300 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq iddiaçı X2 verilməsi qərara alınmışdır. Günəmuzd olaraq müxtəlif yerlərdə fəhləlik edib qazanc əldə edir. Mütəmadi olaraq 2025-ci ilin aprel may ayına qədər 300 manat ödəniş etmiş, daha sonra səhhətində ciddi fiziki problem yarandığı üçün fiziki işlə məşğul ola bilmədiyindən may ayından sonra iradəsindən asılı olmayan səbəbdən ödəniş edə bilməmişdir. Hazırda işə başladığı üçün 5020 manat aliment borcundan 800 manat birdəfəlik ödəniş etmişdir. Borcunu hər ay hissə-hissə ödəyərək tam bağlayacağına söz verir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Samux rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(058)-217/2020 nömrəli icra vərəqəsinə əsasən tərəflərin faktiki nikahlarından 16 aprel 2015-ci il tarixdə anadan olmuş X4 və 26 noyabr 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər növ qazancından hər uşaq üçün 150 manat olmaqla, iki nəfər uşaq üçün 300 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 12 mart 2020-ci il tarixli qərardan görünür ki, Samux rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(058)-217/2020 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Pashapay MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 800 manat ödəniş edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu və barəsində inzibati protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Samux rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(058)-217/2020 nömrəli icra vərəqəsinin icrasından imtina etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs qətnamənin icrasından imtina etmir, yaranmış borcundan hətta birdəfəlik 800 manat məbləğində ödəniş etmişdir. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-686/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-686/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver