Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-69/2024 29.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz zarif qızı Çobanovanın katibliyi, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs, müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1964-cü ildə Qazax rayonu Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, A.Əliyev adına Qazax rayon Hüseynbəyli kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən, Qazax rayonu Hüseynbəyli kəndində kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsin tərəfindən tərtib olunmuş 27 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs A.Əliyev adına Qazax rayonu, Hüseynbəyli kənd tam orta məktəbin direktoru olaraq Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)-1697/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Şəxs vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X4 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)- 1697/2023 saylı icra sənədi 26 yanvar 2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)-1697/2023 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə və Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər ləğv edilmiş, Zərərçəkmiş şəxs əvvəlki Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq işə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməsi qət edilmişdir. Lakin Qazax rayon Hüseynbəyli kənd tam orta məktəbin direktoru Şəxs icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq və bildiriş göndərilmiş, həmçinin Hüseynbəyli kənd tam orta məktəbə gedilərək borcluya məhkəmə qətnaməsini icra etməsi bildirilmişdir. Borclu Şəxs icra sənədinin icra edilməsi heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Borclu Şəxs apellyasiya məhkəməsinin nəticəsini gözlədiyini bildirərək icra sənədini icra etmir. Tələbkar isə icra sənədinin icra edilməsi tələb edir. Azərbaycan Respublikası İcra haqqında Qanunun 70.2-ci maddəsində göstərilir ki, işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Odur ki, A.Əliyev adına Qazax rayon Hüseynbəyli kənd tam orta məktəbin dierktoru Şəxs vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs zahat verərək bildirmişdir ki, A.Əliyev adına Qazax rayonu Hüseynbəyli kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)-1697/2023 saylı qətnaməsini alıb, lkin qətnamə ilə razı deyil. Ona görə də, həmin qətnamənin icrasını təmin etməyərək, apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsində işə baxılıb yekun qərarın nəticəsini gözləmişdir. Ona görə də, icra sənədinin icrasını təmin etməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə işə tələbkar Xanım Quliyevanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)-1697/2023 saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə və Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023cü il tarixli 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər ləğv edilmiş, Zərərçəkmiş şəxs əvvəlki Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq işə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)-1697/2023 saylı icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 28281/2024-44-7-00 saylı bildirişdən görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)-1697/2023 saylı icra sənədində göstərilən tələbin dərhal icra edilməsi üçün bildiriş göndərilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 28281/2024-44-7-006 saylı xəbərdarlıqdan görünür ki, Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)-1697/2023 saylı icra sənədini icra etməyəcəyi halda borclu X3 inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən iş üzrə tələbkar X5 Qazax Rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, tələbkar Xanım Quliyeva icra sənədinin icra edilərək, onun işə bərpa edilməsini və borclunun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 fevral 2024-cü il tarixli aktdan görünür ki, Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)- 1697/2023 saylı icra sənədini icrası ilə əlaqədar borclu Şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılaraq Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, icra sənədinin dərhal icra edilməsi onun nəzərə çatdırılmış və icra sənədini icra etmədiyi halda barəsində inzibati qaydada müvafiq protokoç tərtib edilərək məhkəməyə göndəriləcəyi barədə yenidən xəbərdarlıq edilmişdir. Borclu Şəxs isə öz növbəsində apellyasiya məhkəməsinin nəticəsini gözlədiyini bildirərək icra şöbəsinə gəlməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)-1697/2023 saylı icra sənədini icra etməyəcəyi halda borclu X3 inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə təkrarən xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)- 1697/2023 saylı icra sənədini icrası ilə əlaqədar Qazax rayonu Hüseynbəyli kənd tam orta məktəbə gedilmiş, məktəbin direktoru Şəxs məhkəmə qətnaməsini icra etməsi, əksi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə söhbət aparılmış,Mahir Abbasova bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti verilir, bu səbəbdən icra sənədinin icrasını təmin etməyəcəkdir. Yekun Apellyasiya Məhkəməsinin qərarından aslı olaraq icra sənədinin icrasını təmin edəcək. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 saylı qərardadından görünür ki, Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)-1697/2023 saylı qətnaməsindən Şəxs nümayəndəsi, vəkil X2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 saylı qərardadından görünür ki, Şəxs nümayəndəsi, vəkil X1 Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 1697/2023 saylı qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 saylı qərardadından görünür ki, İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin verdiyi Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 nömrəli qətnaməsi üzrə müddətinin bərpasından imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadın AZEMİS Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 1697/2023 saylı qərardadı qismən ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun əvvəlki məhkəmə iclasında verdiyi izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, A.Əliyev adına Qazax rayonu Hüseynbəyli kənd tam orta məktəbin direktoru Şəxs vəzifəli şəxs olaraq məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən icra sənədinin icrasına laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs A.Əliyev adına Qazax rayonu, Hüseynbəyli kənd tam orta məktəbin direktoru olaraq Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(023)-1697/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdur. İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 70.2-ci maddəsinə əsasən İşə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və bir sıra digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada vəzifəli şəxs kimi inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, 1200 (bir min iki yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-69/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-69/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver